Ağbənd azad edildi, İranla sərhəd təmin olundu
22 Oct 2020
Zəngilanın Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.
Bunu Azərbaycan
Prezidenti İlham Əliyev rəsmi tvitter hesabı vasitəsilə açıqlayıb.
"Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik
edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!", - deyə dövlət başçısı
bildirib.