AZ | RU | EN
AZ | EN | RU

AHİK-ə Türkiyə həmkarlar ittifaqlarından məktub gəldi

22 Oct 2020

 TÜRK-İŞ Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasınn sədri Ergün Atalay AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevə məktub göndərib. Məktubda deyilir ki, 2020-ci il oktyabrın 20-də Pan Avropa Regional Şurasının (PARŞ) İdarə Heyətinin video formatda iclası keçirilib.

İclasda söz alan TÜRK-İŞ-in nümayəndəsi deyib ki,  Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini dəstəkləyən və Ermənistanın dərhal geri çəkilməsini tələb edən qərarlarına baxmayaraq, Ermənistan işğalçı siyasətini bu gün də davam etdirir.
Təmsilçimiz öz çıxışında Ermənistanı mülki şəxslərə və mülki yaşayış məntəqələrinə hücumlarına görə qınayıb və Azərbaycan ərazilərindən çıxmamaqda israr etdiyini və işğalçılıq hərəkətlərini davam etdirdiyini bildirb.
TÜRK İŞ-in təmsilçisi həmin tədbirdə bu zorakılıq və işğala qarşı susmamalı olduğumuzu və azərbaycanlı qardaşlarımızı sona qədər dəstəklədiyimizi bildirib və  bu məsələnin PARŞ İdarə Heyəti iclasının gündəliyinə daxil edilməməsini də tənqid edib.
Ergün Atalay öz məktubunda bir daha əmin edib ki, Konfederasiyamız bütün beynəlxalq platformalarda azərbaycanlı qardaşlarımızı dəstəkləməyə davam edəcəkdir.
AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev  TÜRK-İŞ Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə göndərdiyi cavab məktubunda Azərbaycanın apardığı ədalət savaşında daim dəstək olduqlarına görə Türkiyəli qardaşlarımıza minnətdarlığını və təşəkkürlərini çatdırıb.

ПОЛЕЗНЫЕ ССЫЛКИ