AZ | RU | EN
AZ | EN | RU

AHİK Heydər Əliyev Fondunun sosial layihələri çərçivəsində aztəminatlı ailələr üçün 105 min manat vəsait köçürüb

13 Apr 2020

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək proqramları davam edir.

AHİK ictimai nəzarətin həyata keçirilməsində, vətəndaş müraciətlərinin təkliflərinin araşdırılmasında, ictimaiyyətin həssas təbəqəsi hesab edilən şəxslərə müxtəlif aspektlərdən dəstək göstərməsində bu dəfə Heydər Əliyev Fondunun sosial layihəsində iştirak etmək barədə qərar qəbul edib.
Bu məqsədlə AHİK və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə aprelin 13-də bağlanılmış ianə müqaviləsinə əsasən, 1500 ailə üçün maddi yardımın edilməsi məqsədilə AHİK tərəfindən İctimai Birliyin hesabına 105 min manat vəsait köçürülüb.

FAYDALI KEÇİDLƏR