AZ | RU | EN
AZ | EN | RU

AHİK sədri, millət vəkili Səttar Möhbalıyevdən rabitə işçilərinə təbrik məktubu

06 Dec 2020

Hörmətli Ramin Quluzadə!
Sizi və sahənin bütün işçilərini 6 dekabr–rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar respublikamızda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına böyük uğurlar gətirmişdir. Ölkə əhalisinin həyatın bütün sahəsində informasiya texnologiyalarının imkanlarından bəhrələnməsi, sürətlə inkişaf edən rəqəmsal əsrdə ən mühüm xidmətlərin onlara təqdim olunması bu istiqamətdə atılan mühüm addımlardandır. Ölkədə şəffaflığın təmin edilməsi, elmi-texniki təminatın və kadr hazırlığının yaxşılaşdırılması istiqamətində görülən işlər bu sahənin yenilənməsinə, müasirləşməsinə münbit şərait yaratmışdır.

Həyata keçirilən tədbirlər bu sahədə çalışan işçilərin həyat səviyyəsinin daha da yüksəldilməsinə, sosial-iqtisadi problemlərinin həllinə, onların əmək şəraitinin yaxşılaşdırılmasına, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkilinə öz müsbət təsirini göstərməkdədir.

Bir daha Sizi və bütün rabitə və informasiya texnologiyaları sahəsi işçilərini çoxsaylı həmkarlar ittifaqı üzvləri adindan  ürəkdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram.

FAYDALI KEÇİDLƏR