AZ | RU | EN
AZ | EN | RU

AHİK sədrinin ünvanına təbrik məktubu göndərilib

17 Apr 2020

 Yenidən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilməsi münasibətilə AHİK-in sədri Səttar Möhbalıyevin ünvanına Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrounun adından təbrik məktubu daxil olub. Təbrikdə deyilir:

“Hörmətli Səttar müəllim!
Sizi yenidən Azərbaycan Parlamentinə deputat seçilməyiniz münasibətilə təbrik edirəm. Siz ölkənizdə və bütün dünyada zəhmətkeşlərə xidmət göstərmək missiyasına sadiq lider kimi tanınmış, hörmət qazanmış və qiymətləndirilmisiniz. İnanıram ki, Siz zəhmətkeşlərin layiqli əməyinin, hüquq və mənafelərinin müdafiəsində, ədalətsizliyə və qanunsuzluğa qarşı, inklüziv demokratik cəmiyyətin qurulması uğrunda mübarizədə bundan sonra da deputat səlahiyyətlərinizdən istifadə edəcəksiniz. Sizə bu çətin işdə uğurlar arzulayıram. Bu, böyük şərəf və məsuliyyətdir.
Mən fəxrlə əminliyimi ifadə edirəm ki, beynəlxalq həmkarlar ittifaqı hərəkatı bundan sonra da hər kəsin ləyaqətinə, hüquqlarına hörmət edildiyi və heç kəsin diqqətdən kənarda qalmadığı, demokratik, davamlı inkişafda olan dünya uğrunda apardığı mübarizədə Azərbaycan həmkarlar ittifaqlarının, şəxsən Sizin gücünüzə arxalana bilər.”
 
Hörmətlə,
 
Şaran BARROU,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi

FAYDALI KEÇİDLƏR