AZ | RU | EN
AZ | EN | RU

AHİK Silahlı Qüvvələrə Yardım Fonduna 350 min manat köçürdü

05 Oct 2020

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə təxribatlar törətməsi, yaşayış məskənlərimizi atəşə tutması nəticəsində hərbçilərimiz, eləcə də mülki əhali arasında həlak olanlar və yaralananlar olmuşdur. 

Ermənistanın sivil dəyərlərdən kənar olan hərəkətlərinə qarşı şanlı Azərbaycan ordusu layiqli cavab tədbirləri görmüş, düşmənin xeyli sayda canlı qüvvəsini və döyüş texnikasını məhv etmiş, bir sıra işğal olunmuş ərazilər, strareji əhəmiyyətli yüksəkliklər geri qaytarılmışdır.
        Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə  uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları orduya dəstək məqsədilə müxtəlif vasitələrlə yardımlar edirlər.

Bununla əlaqədar olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 350 min manat vəsait ianə edilmişdir.
Bundan başqa İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 50 min  manat maddi yardım edilmişdir.
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

FAYDALI KEÇİDLƏR