AHİK Silahlı Qüvvələrə Yardım Fonduna 350 min manat köçürdü
05 Oct 2020
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə təxribatlar törətməsi, yaşayış məskənlərimizi atəşə tutması nəticəsində hərbçilərimiz, eləcə də mülki əhali arasında həlak olanlar və yaralananlar olmuşdur.
Ermənistanın sivil dəyərlərdən kənar olan hərəkətlərinə
qarşı şanlı Azərbaycan ordusu layiqli cavab tədbirləri görmüş, düşmənin xeyli
sayda canlı qüvvəsini və döyüş texnikasını məhv etmiş, bir sıra işğal olunmuş ərazilər,
strareji əhəmiyyətli yüksəkliklər geri qaytarılmışdır.
Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi
ilə uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət
göstərən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları
orduya dəstək məqsədilə müxtəlif vasitələrlə yardımlar edirlər.
Bununla
əlaqədar olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin
5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun
hesabına 350 min manat vəsait ianə edilmişdir.
Bundan
başqa İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar Respublikasında
yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə köməklik
göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları
Şurasına 50 min manat maddi yardım edilmişdir.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası