AZ | RU | EN
AZ | EN | RU

AHİK-in «Həmkarlar İttifaqı və gənclər» mövzusunda konfransı keçirildi

21 May 2010

konf2Azərbaycan Həmkarlar İttifaqlarında gənclər siyasəti istiqamətində sistemli iş aparılır. AHİK-in İcraiyyə Komitəsində təsdiq olunmuş «Azərbaycan Həmkarlar İttifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri»nin və digər sənədlərin yerinə yetirilməsində AHİK və üzv təşkilatları da konkret işlər görmüşlər.

 Ulu öndərin bu siyasi kursu layiqli davamçısı, dövlət başçısı cənab İ. Əliyev tərəfindən inamla davam etdirilir. Respublika Prezidenti gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi ilə bir çox sərəncamlara imza atmışdır.

Gənclərin sosial hüquqlarının qorunması, onların həmkarlar ittifaqı hərəkatında rolunun və yerinin müəyyənləşdirilməsi AHİK-in və sahə həmkarlar ittifaqlarının diqqət mərkəzində olmalıdır. Ali və orta ixtisas təhsil müəssisələrində həmkarlar ittifaqlarının rolunu bir daha artırmaq məqsədi ilə əlaçı tələbə gənclər üçün adlı təqaüdlər təsis edilmiş, gənc həmkarlar ittifaqı fəallarının toplantıları, təhsili təşkil olunmuş, müsabiqələr, sorğular keçirilmişdir.

Bu gün Respublika həmkarlar ittifaqı üzvlərinin 30 faizini gənclər təşkil edir. Yaxşı bilirik ki, həmkarlar ittifaqı hərəkatının modernləşdirilməsi gənclərin fəal iştirakı olmadan və onların problemləri həll edilmədən mümkün deyildir. Bunun üçün gənclərlə aparılan işin forma və metodlarını təkmilləşdirmək, gənc həmkarlar ittifaqı üzvünün layiqli lider kimi yetişməsinə, həmkarlar ittifaqı sıralarında görkəmli yer tutmasına nail olmaq mühüm əhəmiyyət kəsb edir.

Bu günkü konfransın məqsədi də həmkarlar ittifaqlarının, o cümlədən gənc həmkarlar ittifaqı liderlərinin diqqətini gənc işçilərin sosial-iqtisadi problemlərinin həllinə, bu sahədə ortaya çıxan çətinliklərin aradan qaldırılmasına yönəltmək və bundan çıxış yollarını tapmaqdır.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tədris və elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Ramiz İsgəndərov çıxışında qeyd etdi ki, bu gün olduqca aktual bir məsələnin müzakirəsinə həsr olunmuş tədbirdə iştirak edirik. Söhbət xalqımızın gələcəyindən gedir. Gənclərdə fəal vətəndaşlıq mövqeyinin formalaşması istiqamətində görülən işlərin bir qismi həmkarlar ittifaqlarının təhsil müəssisəsi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının xətti ilə həyata keçirilir. 54 nəfər professor-müəllim heyətinin çalışdığı bu təhsil ocağında Hİ-nın gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlərə elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları ilə keçirilən görüşləri, elmi-praktik konfransları, müxtəlif müsabiqələrdə, fənn olimpiadalarında iştirakı, onların asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti aid etmək olar. Burada əsas vəzifə gənc oğlan və qızların mədəni həyatında yeni keyfiyyətin əldə olunması üçün kompleks şəraitin yaradılmasıdır.

AHİK-in sədri, cənab S.Mehbalıyev Akademiyada keçirdiyi çoxsaylı görüşlərdə, Elmi Şuranın iclaslarında dəfələrlə məzunlardan səmərəli istifadə etməyi, aşağı kurslardan Hİ orqanları üçün kadr ehtiyatı hazırlanması məqsədilə tələbələrin seçilməsinin vacibliyini nəzərə çatdırmışdır. Lakin təəssüf ki, həmkarlar ittifaqı orqanları bu işə bir qədər zəif yanaşırlar. Həmkarlar ittifaqları gənclərə bağlı problemləri həll etmədən gələcək inkişafını təsəvvür edə bilməzlər.

AHİK-in Gənclər Şurasının sədri Fuad Məmmədov «Gənc kadrların hazırlanması və onların rəhbər orqanlarında təmsil olunması» mövzusundakı çıxışında dedi ki, bu gün həqiqətən də gənclərlə iş həmkarlar ittifaqlarının fəaliyyətinin ən öncül istiqamtlərindən biri olmalıdır. Çünki gənclərlə iş hər şeydən əvvəl həmkarlar təşkilatlarının gələcəyi deməkdir. AHİK-in Gənclər Şurası gənclərlə bağlı demək olar ki, bütün dövlət qurumları, eləcə də, qeyri-hökumət təşkilatları ilə münasibətlər yaratmış, birgə tədbirlərdə iştirak etmişlər.

Şuranın üzvləri ötən müddət ərzində bir çox seminar və konfransların-Yaponiyanın Beynəlxalq Əmək Fondu tərəfindən hər il keçirilən «Gənc həmkarlar ittifaqları nümayəndələri üçün dəvət proqramı»nın, BHİK-in Litvanın Palanqa şəhərində region ölkələrinin gənclər şuralarının nümayəndələri üçün keçirdiyi yay məktəbinin, Beynəlxalq Əmək Təşkilatının İtaliyanın Turin şəhərində, Ümumdünya Təlim Mərkəzində təşkil etdiyi müxtəlif mövzulu treninqlərin iştirakçısı olmuşlar. Bu treninqlərdə gənc liderlərə BƏT-in təcrübəli mütəxəssisləri tərəfindən «kollektiv müqavilə», «kollektiv danışıqlar», «gənclərin məşğulluğu», «təşkilatlanma», «, əmək standartları» və digər mövzularda təlimlər keçirilir. Bundan əlavə AHİK-in gənclərdən ibarət nümayəndələri Rusiya, Ukrayna, Belarus, Kipr, Belçika, İsveçrə və digər ölkələrdə keçirilən semnar və konfranslarda iştirak etmişlər.

Azərbaycan Dəmiryolçularının MHİRK-in Gənclər Şurasının sədr Orxan Hüseynov çıxışında gənc dəmiryolçuların istehsalat, sosial-məişət məsələlərinin həlli, eyni zamanda onların bacarıq potensiallarının üzə çıxarılmasının daim diqqət mərkəzində sxlanılmasından və bu istiqmətdə görülən əməli tədbirlərdən, gənc dəmiryolçuların sosial-iqtisadi mənafelərinin qorunmasından danışdı. Tədbirin sonunda konfransın Qətnaməsi oxundu və yekdilliklə qəbul olundu. Konfrans öz işini başa çatdırdıqdan sonra AHİK sədri Səttar Mehbalıyev və nümayəndələr Dövlət İdarələri və İctimai Xidmət İşçiləri, Təhsil İşçiləri və Dəmryolçuların Müstəqil HİRK-nin Avropa standartlrnıa uyğun inşa etdikləri istirahət mərkəzləri ilə tanış olmuşlar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Həmkarlar ittifaqı və gənclər» mövzusunda Nabranda, «Lokomotiv» istirahət mərkəzində toplanan konfransında bu barədə ətraflı müzakirlər keçirildi. Konfransı giriş sözü ilə AHİK-in sədri, millət vəkli Səttar Mehbalıyev açaraq bildirdi ki, ümummilli liderimiz H. Əliyev 2002-ci ildə «Gənclər siyasəti haqqında» Qanunu imzalamaqla Azərbaycan gəncliyinin yenidən təşkilatlanmasına, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunmasına çalışırdı. Onun müəyyənləşdirdiyi konkret vəzifələr Azərbaycan dövlətinin gənclər siyasətinin düzgün icrasından, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından dolğun istifadə edilməsi və bütün bunlar üçün sosial-iqtisadi, siyasi-hüquq, təşkilati şəraitin yaradılmasından ibarət idi.

konf1 konf3 konf4

ПОЛЕЗНЫЕ ССЫЛКИ