AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri 
Qurbanov Habil Surxay oğlu
 
14 mart 1955-ci ildə  anadan olmuşdur.
1975-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsini  fərqlənmə diplomu ilə bitirmişdir.  Təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1975-ci ilin noyabrından 1976-cı ilin dekabrınadək hərbi xidmətdə olmuşdur.
1977-1980-ci illərdə Bakışəhər xalçaçılıq fabrikinin komsomol təşkilatında azad katib vəzifəsində işləmişdir.
1980-ci ildən 1990-cı ilədək SSRİ Daxili İşlər Nazirliyinin Bakı Xüsusi Orta Milis məktəbində inspektor, təhsil şöbəsinin müəllim-metodisti, rəis müavini vəzifələrində işləmişdir.
1985-ci ildə Volqoqrad Ali İstintaq məktəbini bitirmişdir (qiyabi təhsillə).
1988-ci ildə Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında hüquq elmləri namizədlik dissertasiyası müdafiə etmişdir.
1990-2001-ci illərdə prokurorluq orqanlarında, Bakı şəhər prokurorluğunun ümumi nəzarət şöbəsində prokuror, böyük prokuror, Bakı şəhər Qaradağ rayon prokurorunun müavini (prokuror əvəzi), Dəvəçi (Şabran) rayon prokuroru, Azərbaycan Respublikası Baş Prokurorluğunda "Cəzaların icrasına nəzarət" idarəsinin rəisi vəzifələrində çalışmışdır.
1997-ci ildə Moskva şəhərində Rusiya Federasiyası Baş Prokurorluğu Qanunçuluğun vəHüquq qaydalarının problemləri elmi-tədqiqat İnstitutunda müvəffəqiyyətlə hüquq elmləri doktorluq dissertasiyasını müdafiə etmiş, 1997-ci ildə Rusiya Federasiyasının, 1998-ci ildə Azərbaycan Respublikasının hüquq elmləri doktoru diplomunu almışdır.
1997-2003-cü illərdə Moskva Dövlət Açıq Universitetinin Bakı filialının Cinayət hüququ və Cinayət prosesi kafedrasının müdiri, 2003-2009-cu illərdə Azərbaycan Universitetinin Hüquq fakültəsinin dekanı vəzifəsində, 2009-cu ildən 2010-cu ilin oktyabrınadək Azərbaycan Universitetində İctimai fənlər kafedrasının professoru vəzifəsində işləmişdir.
2010-cu ilin sentyabr ayında AR Prezidenti yanında AAK-ın qərarı ilə professor elmi adı almışdır.
2010-cu ilin oktyabr ayından 2016-cı ilin noyabr ayına qədər AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun «Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses» şöbəsinin müdiri vəzifəsində işləmişdir.
2016-cı ilin dekabr ayından AMEA-nın Hüquq vəİnsan Haqlarıİnstitutunun "Dövlət və Konstitusiya hüququ" şöbəsinin baş elmi işçisi vəzifəsində çalışır.
180-ə yaxın elmi tədqiqat işlərinin, o cümlədən 8 monoqrafiya və 5 dərslik və dərs vəsaitinin müəllifidir. 3 monoqrafiya və 30-dan çox elmi məqaləsi xarici ölkələrdə dərc olunmuşdur.
2009-cu ilin aprel ayında Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının və 2009-cu ilin dekabr ayında Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. BMT-nin Beynəlxalq Narkotizmlə Mübarizə Təşkilatının üzvüdür.
 2017-ci il fevralın 3-dən  2017-ci il iyulun 19-dək AMEA Azad Həmkarlar İttifaqının sədr müavini vəzifəsində çalışmışdır. 17 noyabr 2017-ci il tarixdən növbəti 5 illiyə AMEA Azad Həmkarlar İttifaqının sədri seçilib. 
Evlidir, 2 övladı var.

 

FAYDALI KEÇİDLƏR