Tabeçilikdə olan təşkilatlar
«Azərbkollektiv Təsərrüfatlararası
Sağlamlıq» Respublika Birliyinin sədri
Rzayev İmran Sədulla
oğlu
1950-ci
ildə anadan olmuşdur. 1972-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik
İnstitutunu bitirmişdir.
1972-ci
ildən Dövlət Statistika İdarəsində böyük iqtisadçı, Nəsimi rayonunun Dövlət
Statistika Müfəttişi, rayon informasiya hesablama mərkəzində direktor müavini və
1976-cı ilin iyunundan 1982-ci ilin aprelinə kimi Nəsimi rayonu mənzil təsərrüfatı
idarəsinin rəisi vəzifəsində çalışmışdır.
1982-ci
ilin may ayından «Azərbtəsərrüfatlararasıheyvandarlıq» Respublika Birliyində əsaslı
tikinti idarəsinin böyük mühəndisi və baş mühəndisi vəzifələrində və 1983-cü
ilin mayından «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» Respublika
Birliyinin sədri vəzifəsində çalışır. AHİK-in Məclis üzvüdür.
İ.S.Rzayev
1978-1982-ci illərdə Nəsimi rayon Xalq Deputatları Sovetinə deputat seçilmiş,
2005-ci ildə «Azərbaycan Həmkarlar İttifaqının 100 illik yubiley» medalı ilə və
2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə «Tərəqqi»
medalı ilə təltif edilmişdir.
21.10.2015-ci il tarixli Sərəncamına əsasən İmran Sədulla
oğlu Rzayev "Əməkdar mədəniyyət işçisi" Fəxri adına layiq görülüb.
Evlidir,
üç övladı var.
“Azərbkollektiv Təsərrüfatlararası
Sağlamlıq” Respublika Birliyi
Kollektiv
Təsərrüfatlar və Təsərrüfatlararası Sağlamlıq Ocaqları və Pioner Düşərgələrinin
Tikintisi və İstismarı üzrə Respublika Birliyi - “Azərbkollektiv təsərrüfatlararasısağlamlıq”
Respublika Birliyi - Azərbaycan Respublikası Kollektiv Təsərrüfatlar Şurasının
və Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət
Heyətlərinin 11 fevral 1981-ci il tarixli qərarı ilə yaradılmışdır. Birlik
kollektiv təsərrüfatların nümayəndələrinin iclasında kollektiv təsərrüfatların
işçiləri və onların uşaqlarına sanatoriya-kurort xidmətinin yaxşılaşdırılması
istiqamətində işlər görür.
Hazırda
Birlik Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində fəaliyyətini
davam edir.
“Azərbkollektiv
Təsərrüfatlararası Sağlamlıq” Respublika Birliyinin tərkibinə “Şəfa” müalicə
pansionatı, “Şahdağ” istirahət evi, Sənaye İstehsalı və Texniki Dəstləşdirmə
idarəsi, “Pambıqçı” sanatoriya-profilaktoriyası, “Kolxozçu”, “Lalə”, “Qaranquş”
uşaq istirahət müəssisələri daxildir.
Respublikamızın
səfalı güşələrindən biri olan Qax rayonunda Qax mineral su bulağının yaxınlığında
1989-ci ildən "Şəfa'" müalicə pansionatı fəaliyyət göstərir.
Pansionat 3,5 hektar ərazidə yerləşir, əsas 3 mərtəbəli korpusu, 2 ədəd
kottec, kafe-klub və uzgücülük hovuzu, idman meydançası istirahətçilərin xidmətindədir.
Pansionatda 26 bir və iki otaqlı lyüks nömrələr, 8 kommunal şəraitli sadə nömrələr,
kotteclərdə iki otaqlı 4 nömrə mövcuddur ki, bunlar 120 nəfər qəbul etmək
imkanına malikdirlər. Pansionatda əsaslı təmir aparılmış və müvafiq müalicə və
istirahət şəraiti yaradılmışdır.Pansionatın əsas profıli mədə-bağırsaq, ürək-damar
və əzələ-sümük sistemi üzrə xəstəliklərin müalicəsidir.
Xaçmaz
rayonunun Nabran qəsəbəsində 1983-cü ildən fəaliyyət göstərən
"Şahdağ" istirahət evində əsaslı təmir aparılmış, yeməkxana yenidən
qurulmuş və ərazidə abadlıq işləri yerinə yetirilərək istirahət şəraiti
yaxşılaşdırılmışdır.
Xəzər
dənizinin sahilində, Xudat-Yalama meşələrində yerləşən “Şahdağ” istirahət evində
4 yaşından 16 yaşınadək uşaqların valideynləri ilə birgə ailəvi istirahəti təşkil
olunmuşdur.
İstirahətçilər
meşə zolağının dənizdən 50 metrliyində yerləşən kotteclərdə 2-5 nəfərlik
kommunal şəraitli otaqlarda yerləşdirilirlər.
Göstərilən
xidmətlər: - yemək, ilkin tibbi yardım, idman və uşaq meydançalarından və
diskotekadan istifadə, piyada turist gəzintiləri.
Aşağıda
sadalanan pullu xidmətlər göstərilir: - nəqliyyat xidməti; avtonəqliyyatın
dayanacağı; hava, dəmir yolu, avtobus biletlərinin sifarişi, alınması və
çatdırılması; kinofilmlərin nümayişi; konsert proqramı; kompüter oyunları;
Xaçmaz, Quba, Qusar, rayonlarının yaxınlığında yerləşən tarixi yerlərə, həmçinin
Böyük Qafqazın dağ şəlalərinə ekskursiyalar (avtobusla); video filmlərin,çəkilişi;,kafe,və,bar,xidmətləri.