Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MÜRACİƏT
21 Apr 2020
Möhtərəm Prezident, Sizin rəhbərliyiniz və qeyri-adi təşkilatçılıq bacarığınız sayəsində respublikamız ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır.
Ötən
ilin ilk aylarında təşəbbüsünüz və tapşırığınızla hazırlanıb reallaşdırılmış
iki möhtəşəm sosial paket xalqın rifah halının yüksəldilməsi sahəsində atılmış
inqilabi addımlar idi. Həmin paketlər yüz minlərlə vətəndaşımızın sosial imkanlarını
dəfələrlə artırdı. Ölkəmiz 2020-ci ildə də uğurla start götürmüşdür. Sizin
yeritdiyiniz mütərəqqi iqtisadi siyasət nəticəsində yanvar-fevral aylarında
ümumi daxili məhsul təxminən 3 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə
xeyli çox - 7 faizə yaxın olmuşdur. Mart ayında iqtisadiyyatımızın daha çox
artımı üçün müsbət şərait yaradılmışdı.
Çində meydana gəlmiş, dünya iqtisadiyyatı üçün problemə çevrilmiş
koronavirus Azərbaycan iqtisadiyyatına da mənfi təsirini göstərdi. Mənfi təsirlərə
baxmayaraq, ilk üç ayın yekunlarına əsasən, bütövlükdə ümumi daxili məhsulda
1,1 faiz artım qeydə alınmışdır. Dünyanın əksər dövlətlərinin iqtisadi artım
deyil, iqtisadi tənəzzüldən xilas olmaq uğrunda çarpışdığı bir zamanda bu,
nailiyyətdir.
Beynəlxalq
Valyuta Fonduna və Dünya Bankına yardım üçün 150-dən çox ölkə müraciət
etmişdir. Yardım istəyənlər arasında inkişaf etmiş ölkələr də kifayət qədərdir.
Azərbaycanın adının bu siyahıda olmaması Sizin iqtisadiyyatımıza göstərdiyiniz
daimi diqqətinizin parlaq ifadəsidir. Siz populizmdən uzaq, gələcəyə
hesablanmış iqtisadi, sosial proqramların müəllifi kimi tanınan dövlət
başçısısınız. 2018-ci il prezident seçkilərindən sonra andiçmə mərasimindəki
çıxışınızda inkişafımızın və islahatların gələcək konturlarını açıq-aydın göstərmişdiniz.
Ötən dövrdə bu islahatların ardıcıllıqla həyata keçirilməsinin şahidi olduq.
Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq
inanırıq ki, ölkəmiz pandemiyanın yaratdığı bu çətin vəziyyətdən də şərəflə
çıxacaq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcəkdir.
Cənab
möhtərəm Prezident, Sizin uğurlarınızı şərtləndirən amillərdən biri də hadisələri
öncədən görmək və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirmək
bacarığınızdır. Sizin tapşırığınızla görülən çevik, təcili tədbirlər
koronavirus bəlasının Azərbaycanda geniş yayılmasına imkan vermədi.
Koronavirusla
mübarizə paketi üçün 2,5 milyard vəsait ayrıldı. Bu məqsədlə ilin sonuna qədər
daha 150 milyon manat ayrılması da nəzərdə tutulur.
İlin
birinci rübündə 2,3 milyon Azərbaycan vətəndaşına 1,5 milyard manat məbləğində
sosial ödəniş həyata keçirilib.
Sizin sərəncamınızla
yaradılmış işçi qrupunun səyləri nəticəsində 910 min insanın məşğulluğu tam şəkildə
təmin edildi. Sizin tapşırıqlara uyğun olaraq kölgə iqtisadiyyatına,
qeyri-formal məşğulluğa qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək
müqavilələrinin sayının artmasına da imkan verib. Yanvar ayı ilə müqayisədə bu
artım 80 minə bərabər olub. Bu da işəgötürənlə işçi arasında bağlanan əmək
müqaviləsi işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı hüquqi təminat
yaradır.
Həmkarlar ittifaqları olaraq bizim əsas məqsədlərimiz
ilə uzlaşan qərarlarınız ölkə vətəndaşları ilə yanaşı həmkarlar ittifaqı üzvlərimizin
də sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına təkan
vermişdir.
Belə ki,
koronavirusla mübarizənin ilk anlarından verdiyiniz qərarlar tərəfimizdən rəğbətlə
qarşılanmışdır. Bu gün sizin də qeyd etdiyiniz kimi, pandemiyadan ən çox zərər
çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin
dövlət tərəfindən dəstəklənməsi, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin
təmin edilməsi, ümumilikdə 600 minə yaxın insanın dövlətdən maddi dəstək alması
dövlətimizin və onun prezidentinin hər zaman xalqın yanında olması deməkdir.
İlkin mərhələdə
200 min insan dövlətdən 190 manat yardım alacağı planlaşdırılmışdır. Sizin
tapşırığınıza uyğun olaraq bu rəqəm 600 minə qaldırılmışdır. Burada da Sizin məqsədiniz
insanların sosial müdafiəsini gücləndirmək olmuşdur.
Möhtərəm
cənab Prezident! Koronavirusla mübarizə ilə bağlı karantin reciminin tətbiq
olunması sözsüz ki, iqtisadiyyatın bir çox sahələrinin iş fəaliyyətinə öz təsirini
göstərmişdir. Burada yaşana biləcək bütün problemləri nəzərə alaraq, Siz qəti şəkildə
sahibkarlara işçilərin işdən azad olunmaması, əməkhaqlarının saxlanılması,
ixtisarlara yol verilməməsi barədə göstərişlər verdiniz. Bu isə həmkarlar
ittifaqlarının, onun siravi üzvlərinin ürəyindən irəli gələn tapşırıqlar idi.
90 min
ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı göstərişiniz, dövlət
sektorunda çalışan 900 min nəfərdən artıq işçinin, qeyri-neft sektoru üzrə 690
min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğunun təmin edilməsi, elektrik
enercisinin aylıq istehlak həcminin iki ay müddətinə artırılması, aztəminatlı
ailələrən olan 17 min tələbənin təhsil haqqı xərclərinin dövlət budcəsi vəsaiti
hesabına ödənilməsi,korona virusla bağlı bir çox məhbusun əhv edilməsi,sahibkarlara
vergi güzəştlərinin nəzərdə tutulması , maliyyə dəstəyinin göstərilməsi, hər
bir vətəndaşın mənafeinə cavab verən düşünülmüş, vaxtında atılmış,qətiyyətli
addımlardır. Bu addımlar hər bir həmkarlar ittifaqı üzvləri tərəfindən rəğbət və
minnətdarlıqla qarşılanır. Çətin günlərdə hər bir zaman xalqın yanında olan
dövlətimizə və Sizə möhtərəm prezident üzvlərimizin təşəkkürlərini və minnətdarlıqlarını
çatdırırıq.
Möhtərəm cənab Prezident! İşləyən əhalinin nümayəndəsi, təmsilçisi,
1,5 milyondan çox üzvü olan həmkarlar ittifaqları Sizin xalqımızın sağlamlığı və
rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, hər zaman
yanınızda olduğunu bəyan edir.
Azərbaycan
Həmkarlar İttifaqları
Konfederasiyasının
İcraiyyə Komitəsi
17 aprel 2020-ci il