AZ | RU | EN

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MÜRACİƏT

21 Apr 2020

 Möhtərəm Prezident, Sizin rəhbərliyiniz və qeyri-adi təşkilatçılıq bacarığınız sayəsində respublikamız ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır.

Ötən ilin ilk aylarında təşəbbüsünüz və tapşırığınızla hazırlanıb reallaşdırılmış iki möhtəşəm sosial paket xalqın rifah halının yüksəldilməsi sahəsində atılmış inqilabi addımlar idi. Həmin paketlər yüz minlərlə vətəndaşımızın sosial imkanlarını dəfələrlə artırdı. Ölkəmiz 2020-ci ildə də uğurla start götürmüşdür. Sizin yeritdiyiniz mütərəqqi iqtisadi siyasət nəticəsində yanvar-fevral aylarında ümumi daxili məhsul təxminən 3 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə xeyli çox - 7 faizə yaxın olmuşdur. Mart ayında iqtisadiyyatımızın daha çox artımı üçün müsbət şərait yaradılmışdı.  Çində meydana gəlmiş, dünya iqtisadiyyatı üçün problemə çevrilmiş koronavirus Azərbaycan iqtisadiyyatına da mənfi təsirini göstərdi. Mənfi təsirlərə baxmayaraq, ilk üç ayın yekunlarına əsasən, bütövlükdə ümumi daxili məhsulda 1,1 faiz artım qeydə alınmışdır. Dünyanın əksər dövlətlərinin iqtisadi artım deyil, iqtisadi tənəzzüldən xilas olmaq uğrunda çarpışdığı bir zamanda bu, nailiyyətdir.
Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına yardım üçün 150-dən çox ölkə müraciət etmişdir. Yardım istəyənlər arasında inkişaf etmiş ölkələr də kifayət qədərdir. Azərbaycanın adının bu siyahıda olmaması Sizin iqtisadiyyatımıza göstərdiyiniz daimi diqqətinizin parlaq ifadəsidir. Siz populizmdən uzaq, gələcəyə hesablanmış iqtisadi, sosial proqramların müəllifi kimi tanınan dövlət başçısısınız. 2018-ci il prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışınızda inkişafımızın və islahatların gələcək konturlarını açıq-aydın göstərmişdiniz. Ötən dövrdə bu islahatların ardıcıllıqla həyata keçirilməsinin şahidi olduq. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz pandemiyanın yaratdığı bu çətin vəziyyətdən də şərəflə çıxacaq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcəkdir.
Cənab möhtərəm Prezident, Sizin uğurlarınızı şərtləndirən amillərdən biri də hadisələri öncədən görmək və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirmək bacarığınızdır. Sizin tapşırığınızla görülən çevik, təcili tədbirlər koronavirus bəlasının Azərbaycanda geniş yayılmasına imkan vermədi.
Koronavirusla mübarizə paketi üçün 2,5 milyard vəsait ayrıldı. Bu məqsədlə ilin sonuna qədər daha 150 milyon manat ayrılması da nəzərdə tutulur.
İlin birinci rübündə 2,3 milyon Azərbaycan vətəndaşına 1,5 milyard manat məbləğində sosial ödəniş həyata keçirilib.
Sizin sərəncamınızla yaradılmış işçi qrupunun səyləri nəticəsində 910 min insanın məşğulluğu tam şəkildə təmin edildi. Sizin tapşırıqlara uyğun olaraq kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək müqavilələrinin sayının artmasına da imkan verib. Yanvar ayı ilə müqayisədə bu artım 80 minə bərabər olub. Bu da işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı hüquqi təminat yaradır.
 Həmkarlar ittifaqları olaraq bizim əsas məqsədlərimiz ilə uzlaşan qərarlarınız ölkə vətəndaşları ilə yanaşı həmkarlar ittifaqı üzvlərimizin də sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına təkan vermişdir.
Belə ki, koronavirusla mübarizənin ilk anlarından verdiyiniz qərarlar tərəfimizdən rəğbətlə qarşılanmışdır. Bu gün sizin də qeyd etdiyiniz kimi, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən dəstəklənməsi, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi, ümumilikdə 600 minə yaxın insanın dövlətdən maddi dəstək alması dövlətimizin və onun prezidentinin hər zaman xalqın yanında olması deməkdir.
İlkin mərhələdə 200 min insan dövlətdən 190 manat yardım alacağı planlaşdırılmışdır. Sizin tapşırığınıza uyğun olaraq bu rəqəm 600 minə qaldırılmışdır. Burada da Sizin məqsədiniz insanların sosial müdafiəsini gücləndirmək olmuşdur.
Möhtərəm cənab Prezident! Koronavirusla mübarizə ilə bağlı karantin reciminin tətbiq olunması sözsüz ki, iqtisadiyyatın bir çox sahələrinin iş fəaliyyətinə öz təsirini göstərmişdir. Burada yaşana biləcək bütün problemləri nəzərə alaraq, Siz qəti şəkildə sahibkarlara işçilərin işdən azad olunmaması, əməkhaqlarının saxlanılması, ixtisarlara yol verilməməsi barədə göstərişlər verdiniz. Bu isə həmkarlar ittifaqlarının, onun siravi üzvlərinin ürəyindən irəli gələn tapşırıqlar idi.
90 min ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı göstərişiniz, dövlət sektorunda çalışan 900 min nəfərdən artıq işçinin, qeyri-neft sektoru üzrə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğunun təmin edilməsi, elektrik enercisinin aylıq istehlak həcminin iki ay müddətinə artırılması, aztəminatlı ailələrən olan 17 min tələbənin təhsil haqqı xərclərinin dövlət budcəsi vəsaiti hesabına ödənilməsi,korona virusla bağlı bir çox məhbusun əhv edilməsi,sahibkarlara vergi güzəştlərinin nəzərdə tutulması , maliyyə dəstəyinin göstərilməsi, hər bir vətəndaşın mənafeinə cavab verən düşünülmüş, vaxtında atılmış,qətiyyətli addımlardır. Bu addımlar hər bir həmkarlar ittifaqı üzvləri tərəfindən rəğbət və minnətdarlıqla qarşılanır. Çətin günlərdə hər bir zaman xalqın yanında olan dövlətimizə və Sizə möhtərəm prezident üzvlərimizin təşəkkürlərini və minnətdarlıqlarını çatdırırıq.
Möhtərəm  cənab Prezident!   İşləyən əhalinin nümayəndəsi, təmsilçisi, 1,5 milyondan çox üzvü olan həmkarlar ittifaqları Sizin xalqımızın sağlamlığı və rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, hər zaman yanınızda olduğunu bəyan edir.
 
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının İcraiyyə Komitəsi
                                                                                                       
       17 aprel 2020-ci il