Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
22 Apr 2020
Əziz Prezidentimiz.
Xalqımızın dünyanı bürüyən koronavirus bəlasından xilas
olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara
infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirir.
Koronavirusdan əziyyət çəkən ölkələrin əksəriyyətindən fərqli olaraq Azərbaycanda
iqtisadi böhranın yaşanmaması, hətta yeni sosial layihələrin icrası bir daha
respublikamızın iqtisadi və maliyyə dayanıqlılığının sübutudur. Biz, Azərbaycan
Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Koronavirus (COVİD-19)
pandemiyası ilə mübarizədə xalqın qayğısına bu qədər qalaraq işdən azad
olunmaması, ixtisara salınmaması, əməkhaqlarının saxlanılması, işsiz kimi
qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində vəsaitin ayrılması,
sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kommunal ödənişlərdə güzəştlərin
nəzərdə tutulması, digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə qətiyyətli
tapşırıqlarınızı dəstəkləyir, ətrafınızda sıx birləşərək bütün işlərinizdə Sizlərin
yanında olduğumuzu bildiririk. Cənab Prezident, əminik ki, Sizin müdrik və
uzaqgörən siyasətiniz, xalq-iqtidar birliyi sayəsində bu tarixi sınaqdan da
uğurla çıxaraq dövlətimizin qüdrətini dünyaya bir daha sübut edəcəyik. Ulu
Tanrı Sizi, ailənizi və xalqımızı qorusun.
Hörmətlə,
Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar
İttifaqının sədri
H.ü.e.d., professor Habil Qurbanov