Beynəlxalq həmkarlar ittifaqları təşkilatlarından AHİK-ə ünvanlanan məktublarda Azərbaycan xalqının haqq işi dəstəklənir
30 Sep 2020
Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması, ətraf rayonlarda dinc əhalini atəşə tutması və Azərbaycan ordusunun qətiyyətli cavab həmlələri beynəlxalq həmkarlar ittifaqları təşkilatlarının diqqət mərkəzindədir. Onlar davamlı olaraq öz dəstək məktublarını AHİK-in ünvanına göndərməkdədirlər.
Pevrul Kavlak – “Türk Metal” Sendikası başkanı
Ermənistanın şiddət aşılayan mövqeyini qətiyyətlə qınayırıq.Haqlı olan davanızda Türk Metal Sendikası olaraq 200 min üzvümüz və bütün ürəyimiz ilə hər zaman yanınızda olduğumuzu ifadə edirəm. Şəhid olan qardaşlarımıza allahdan rəhmət diləyir, ailələrinə səbr arzulayıram.
Ali Yalçın – “Memur-Sen” Sendikası Başkanı
Kəsinliklə əmin olun ki, Azərbaycanın dövlətinə, millətinə, xalqına yönəlmiş hər bir təhdid bizə yönəlmiş təhdiddir. Buna da əmin olun ki, Konfederasiyanızın atdığı adımlarda, verdiyi qərarlarda, nümayiş etdirdiyi iradədə Memur-Sen Sendikası sizinlə qardaşlıq münasibətindədir.
Azərbaycanın suverenlik iradəsini dəstəkləyir, can Azərbaycana bu haqlı mücadiləsində başarılar diləyirik.
Gezim Kalaya – Albaniya Həmkarlar İttifaqları Birliyinin sədri
Albaniyanın həmkarlar ittifaqı üzvləri adından Azərbaycan xalqına həmrəyliyimizi ifadə edir, Ermənistan ordusunun Azərbaycanın dinc əhaləsini atəşə tutmasını pisləyirik.
Azadlıq və sülh uğrunda mübarizədə sizinləyik.
Yaşasın Azərbaycan Həmkarlar İttifaqları! Yaşasın Azərbaycan xalqı! Qarabağ uğrunda qələbə Azərbaycanındır!
Ergün Atalay – “Türk -İş” Sendikası Başkanı
Bu xain saldırıda Ermənistanın dünyada barış və sülh yolunda ən böyük əngəl olduğunu bəyan edirik. Təəssüf hissi ilə bildiririk ki, dünya birliyi Ermənistanın illərdir davam edən bu təcavüzkar davranışını görməzdən gəlir.
Azərbaycan ordusunun bu xain saldırılara layiqli cavab verəcəyinə heç bir şübhəmiz yoxdur. “Türk-İş” olaraq Erməni təcavüzünü qınayırıq, şəhid olmuş qardaşlarımıza allahdan rəhmət diləyirik. Türkiyə milləti və dövləti olaraq hər zaman yanınızda olmağa davam edəcəyik.
Mahmut Arslan – “Hak-İş” Sendikası başkanı
“Hak-İş” Konfederasiyası olaraq Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın sivil torpaqları olan Qarabağ bölgəsindəki saldırılarını qətiyyətlə pisləyirik. Azərbaycanın acısı bizim acımızdır və Türk xalqı olaraq bu sıxıntını dərindən hiss edirik.
“İki dövlət, bir millət” olduğumuzu bütün aləmə bir daha elan edirik.
Bundan öncə yaşanan çətinliklərdə necə birlikdə olduqsa bundan sonra bərabər olacağımızı bəyan edirik.