AZ | RU | EN
AZ | EN | RU

Həyatı xilas etmək öhdəliyi dünyada həmrəyliyin ən böyük aktıdır

24 Apr 2020

-Əziz həmkarlar! Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 pandemiyasını elan etməsindən bir aydan çox vaxt keçdi. 

Bu müddət ərzində iş yerlərinə və hərəkətə qoyulan  məhdudiyyətlər  işləyən insanların 80 faizinə öz təsirini göstərdi.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) proqnozlarına görə, 195 milyon iş yeri və ya ekvivalent iş saatı itirilə bilər. Və bu, qeyri-rəsmi sektorun işçilərinə aid olmadığı üçün tam bir məlumatı əks etdirmir. İnkişaf etməkdə olan ölkələrdə qeyri-rəsmi iqtisadiyyatın hökmranlığı milyonlarla insanı gəlirsiz və sosial müdafiəsiz qoyur. Onları yoxsulluq və aclığa sürükləyir.
Universal sosial müdafiə ilə yeni ictimai müqavilə ədalətli gələcəyin əsası olaraq qalır. Bir çox ölkələrdə bizim mübarizəmiz hökumətlər tərəfindən görülən tədbirləri qoruyub saxlamağa yönəldiləcək. Lakin bir çox hallarda layiqli əmək zəmanətlərinin təminatı üçün daha fəal mübarizə aparmaq lazım olacaq. 
Son bir ay ərzində BHİK (Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası) əhəmiyyətli bir iş görüb:
COVİD-19 qlobal baxışları
- üzv təşkilatların həftəlik sorğuları - 112 üzv təşkilat onlara cavab verdi;
- 5 meyar əsasında dövlət dəstəyi paketlərinin ölkələr üzrə xülasəsi; ödənişli xəstəlik məzuniyyəti, əməkhaqqının dəstəklənməsi, gəlir dəstəyi, icarə ( ipoteka) kreditlərinin yüngülləşdirilməsi və ümumi səhiyyə ümumi əlçatımlılıq səviyyəsi;
- Ölkələrdə hədəf vəziyyətlərin, o cümlədən gəlir, ərzaq və sosial müdafiənin çətinliyi barədə ətraflı araşdırma aparmaq üçün regional idarələrlə işləmək;
- Beş il ərzində ən yoxsul ölkələr üçün tam, digər ölkələlər üçün isə qismən maliyyələşdirmə ilə bağlı qlobal sosial müdafiə fondu yaratmaq üçün bir kampaniya başlandı.
Yoxlama siyahısına daxildir:
- işçilərin az və ya çox gəlir dəstəyi olduğu risk ölkələr;
 - insan və əmək hüquqlarının risk altında olduğu ölkələr;
- qadınlara təsirin monitorinqi;
- dəstəksiz qalan mühacir işçilərin vəziyyəti;
- hökumətin səhlənkarlığı zamanı zorakılığa məruz qalan insanlar olan ölkələr.
Baş verənlərə cavab olaraq BHİK  BƏT-ə etiraz məktubları, şikayətlər göndərdi. Həmrəy olmağa və hüquq pozuntularının aşkarlanması və qarşısının alınması üçün digər tədbirlərə çağırdı. Az inkişaf etmiş ölkələrdən olan həmkarlar ittifaqları bizə müraciət edərkən onlara cavab vermək üçün resurslarımız olsun deyə BHİK-in Həmrəylik Fonduna töhfələr vermək üçün üzv təşkilatlarına müraciət etdik. Əminik ki, pandemiya yayıldıqca bu istəklər artacaqdır.
Qlobal koordinasiya
Lobbiçilik üçün qlobal hədəflərə Dünya Bankı, BVF, G7 və G20 daxildir:
borcun silinməsi;
sağlamlığın təmin edilməsi kimi vacib investisiyalardan asılı olan kredit dəstəyi, struktur dəyişikliyi deyil;
səhiyyə, gəlir və ərzaq təhlükəsizliyi üçün qlobal sosial müdafiə fondu;
“ön xətdə” yerləşən səhiyyə işçiləri və digər sahələr üçün fərdi mühafizə vasitələri;
köməkçi təchizat zəncirlərində işçilər üçün məşğulluq və gəlir təmin etmək şərtilə kiçik və orta biznesin dəstəklənməsi;
inkişaf və icra mərhələlərində sosial dialoqla bərpa, yenidənqurma və davamlılıq planına riayət etmək.
Biz, əlbəttə ki, qlobal həmkarlar ittifaqları federasiyaları ilə sıx əlaqə saxlayır və onları işəgötürənlərlə zəruri olan sahə fəaliyyətində dəstəkləyirik. Biz həmçinin vətəndaş cəmiyyətində olan müttəfiqlərimizlə sıx əməkdaşlıq edirik ki, yanaşmamızın dəstəyini əldə edək və lazım olan yerdə onlara dəstək olaq. Biz hətta beynəlxalq institutlara çağırışlarımız üçün beynəlxalq işəgötürənlər təşkilatlarının dəstəyini də almışıq.
BHİK-in seçilmiş liderlər qrupunun müntəzəm virtual görüşləri, o cümlədən regional təşkilatlarla əlaqələndirməni təmin etmək üçün mühüm əhəmiyyət kəsb etmişdir.
Bərpa, yenidənqurma
və davamlılıq
Qarşıdakı dövr böhranın səhiyyəyə birbaşa təsiri, iş, əməkhaqqı və gəlirlərin dəstəklənməsi ilə bağlı sayıqlıq tələb edir. Həm də böhranın bütün sahələri - iş yerləri, səhiyyə və evdə qulluq, qeyri-bərabərlik, iqtisadi inkişaf, qadınların iştirakı, fövqəladə iqlim vəziyyəti, ticarətdə tarazlığın və dayanıqlığın bərpası üzrə yanaşma ilə bağlı bərpa planının işlənib hazırlanması lazım gələcək. Texnologiyanın təhdidləri və imkanları da nəzərdən keçirilməlidir. Yanaşmamızı inkişaf etdirməyə kömək etmək üçün epidemiologiya və səhiyyə ilə bağlı xüsusi məsləhətlər aldıq. Hökumətləri ilə bu cür müzakirələrdə iştirak edən üzv təşkilatların , eləcə də onları bölüşməyə hazır olanların fikirlərini eşitməkdən məmnun olarıq.
Qlobal tədbirlər üçün əsas tarixlər
28 aprel və 1 may tədbirləri üçün materiallar hazırladıq:
28 aprel - iş yerində pandemiyanı dayandırın (https://www.ituc-csi.org/28April2020)
1 may - bir dünya: iş, gəlir və sosial müdafiə (https://www.ituc-csi.org/ituc-mav-1st-statement-one-world)
İcra Bürosu
İzolyasiya tədbirləri görüldükdən sonra İcra Bürosu mayın 20-də virtual iclas keçirəcək. Sizə kömək edə biləcəyimiz sahələrlə bağlı suallarınız və ya təklifləriniz varsa bizə bildirin.
Mən çətin şəraitdə inanılmaz dərəcədə vicdanla işləyən BHİK əməkdaşlarının və onun regional təşkilatlarının işini qeyd etmək istərdim. Bildiyimə görə, sizin təşkilatlarda da iş qrafiki belədir. Bu çox çətin dövrdə bütün iş üçün təşəkkür edirik. Həyatı xilas etmək öhdəliyi, ehtimal ki, dünyada həmrəyliyin ən böyük aktıdır.
 
Şaran BARROU,
BHİK-in Baş katibi

ПОЛЕЗНЫЕ ССЫЛКИ