AZ | RU | EN
AZ | EN | RU

İnşaatçıların əməyi yüksək qiymətləndirilib

10 Apr 2019

Aprelin 10-da FHN İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “İnşaatçılar Günü”nə həsr olunmuş tədbir keçirilib.

Giriş sözü söyləyən ittifaqın sədri Mehman İsmayılov zala toplaşanları və onların simasında bütün inşaatçıları peşə bayramı münasibətilə təbrik edib.  Ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə FHN-in əməkdaşlarının da öz töhfələrini verdiklərini vurğulayıb.
Bildirib ki, hər il ölkə inşaatçılarının peşə bayramının təntənəli şəkildə qeyd olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevın tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov ölkəmizin böyük tikini meydançasına çevrildiyini söyləyib. Aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini vurğulayıb. Bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumlarının da payının olduğunu diqqətə çatdırıb. C.Alxasov tədbir iştirakçılarına uğurlar arzulayaraq onları peşə bayramı münasibətilə təbrik edib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ölkəmizdə son illərdə həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verərək tikinti sektorunun iqtisadiyyatda oynadığı əhəmiyyətli roldan danışıb. Bildirib ki, dövlət başçısının qayğı və diqqəti inşaatçıları daha məhsuldar fəaliyyətə sövq edir.
Sonra FHN-in Əsaslı Tikinti İdarəsində, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin aparat və qurumlarında çalışan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş, eləcə də yubiley yaşları tamam olan bir qrup əməkdaşına ittifaqın Fəxri Fərman və qiymətli hədiyyələri təqdim olunub. Bundan əlavə, bir neçə əməkdaş AHİK-in Fəxri fərmanları ilə təltif edilib.

ПОЛЕЗНЫЕ ССЫЛКИ