Mehriban Əliyeva xalqı təbrik etdi
20 Oct 2020
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
instaqram hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir
sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə
bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının
bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə
xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca
Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".