AZ | RU | EN
AZ | EN | RU

Rəhbərlik

AHİK sədrinin birinci müavini
İlyas Alxas oğlu Əliyev
 
 
ilyas.m1957-ci ildə anadan olmuşdur. 1986-cı ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə «Azərkəndtəsərrüfattexnika»-da fəhlə kimi başlamış və müxtəlif vəzifələrdə çalışmışdır.
1981-ci ildən həmkarlar ittifaqı orqanlarında çalışmış, təlimatçı-müfəttiş vəzifəsindən Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmişdir. 2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının prezidenti seçilmişdir.
1996-cı ildə AHİK sədrinin müavini, 1998-ci ildə isə birinci müavin seçilmişdir.
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən İlyas Alxas oğlu Əliyev 3-cü dərəcəli "Vətənə xidmət görə" ordeni ilə təltif edilib.
Evlidir. Üç övladı var.


AHİK sədrinin müavini, «Ülfət» qəzetinin baş redaktoru
Aqil İsax oğlu Dadaşov
 
 
aqil1955-ci ildə anadan olmuşdur. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin məzunudur.
Əmək fəaliyyətinə «Bakı» və «Baku» axşam qəzetləri redaksiyasında başlamışdır. 1991-ci ildən 1992-ci ilə kimi Azərbaycan Həmkarlar İttifaqları Şurasının (indiki AHİK) «Ülfət» qəzetinin məsul katibi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1992-ci ildən qəzetin baş redaktorudur.
A.Dadaşov 1998-ci ildə AHİK-in sədr müavini seçilmişdir. Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının üzvüdür. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
«Əməkdar mədəniyyət işçisi» fəxri adına, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına, bir sıra beynəlxalq həmkarlar ittifaqlarının mükafatlarına layiq görülmüşdür.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Aqil İsax oğlu Dadaşov "Əməkdar jurnalist" Fəxri adına layiq görülüb.
Evlidir. İki övladı var.



AHİK sədrinin müavini
Cavanşir Ağasəlim oğlu Alxasov
 
 1957-ci ildə anadan olmuşdur. 1978-ci ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Material Ehtiyatları Komitəsində böyük mühəndis, şöbə rəisi, komitə sədrinin I müavini, Azərbaycan Qızıl Aypara cəmiyyətinin baş katibi vəzifələrində çalışmışdır.
C.Alxasov 2001-ci ildə AHİK-in sədr müavini seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalı ilə təltif olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Cavanşir Ağasəlim oğlu Alxasov "Əməkdar mədəniyyət işçisi" Fəxri adına layiq görülüb.
Evlidir. İki övladı var.

AHİK sədrinin müavini, 
“Kurort” Səhmdar Cəmiyyətinin prezidenti
Əbil   Riza Qulu oğlu Ağasiyev


1958-ci ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1978-ci ildə “Neftçilər” xəstəxanasında kiçik tibb qardaşı vəzifəsindən başlamışdır. 1981-ci ilin avqust ayından 1982-ci ilin avqust ayına kimi Bakı şəhər 2 saylı şəhər klinik xəstəxanasında həkim-intern, institutu bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləmişdir. 1986-cı il tarixdən “Qaranquş” sanatoriyasında şöbə müdiri, 1987-ci ildən isə baş həkim vəzifələrində çalışmışdır.
2007-ci ilin dekabr ayında “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti seçilmişdir. AHİK-in  Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Azərbaycan Respublikasının Əməkdar Həkimidir. Tibb elmləri doktorudur.
Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Əbil Rzaqulu oğlu Ağasıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 05.02.2018-ci il tarixdə keçirilən V qurultayında AHİK sədrinin müavini vəzifəsinə seçilib.
Ailəlidir, iki övladı var.

FAYDALI KEÇİDLƏR