Müdafiə Sənayesi İşçilərinə yardımlar edildi
08 May 2020
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizin aztəminatlı ailələrinə göstərdiyi dəstək kompaniyası davam etdirilir.
Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi və onun xidmət sahəsində fəaliyyət göstərən “İqlim EİM” MMC, “Telemexanika zavodu” MMC, Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat İnstitutu və digər Həmkarlar İttifaqı Təşkilatları aztəminatlı ailələrdən olan həmkarlar ittifaqı üzvlərinə və sosial qayğıya ehtiyacı olan ailələrə ərzaq və maddi yardım göstərilməsi tədbirlərini davam etdiriblər.