AZ | RU | EN
AZ | EN | RU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılır

04 Dec 2020

“Aviasiya İşçiləri Həmkarlar İttifaqının (AİHİ) xidmətinə daxil olan müəssisələr təhlükəsiz əmək baxımından həmişə ön cərgələrdə yer tutub. Bu öncüllük ilk növbədə sahənin spesifik xüsusiyyətlərindən irəli gəlir”.

Bu sözləri AİHİ Respublika Komitəsinin sədri Mübariz Əsədov “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilmiş Respublika baxış-müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimində dedi. Sonra bildirdi ki, təhlükəsiz əmək şəraiti başlıca meyarlardan biri olsa da, bu sahədə daha yaxşı nəticələr qazanan müəssisələr var. Biz ən yaxşıları fərqləndirməklə digər müəssisələri də stimullaşdırmalı oluruq.
Sədr onu da bildirdi ki, stimullaşdırma təkcə müsabiqə ilə məhdudlaşmır. Məlum olduğu kimi, bütün üzv təşkilatlarımız müəssisə rəhbərliyi ilə kollektiv müqavilələr bağlayır. Müqavilələrdə əməyin mühafizəsinə dair geniş bölmələr ayrılır. Bu bölmələrdə götürülmüş öhdəliklərin icrası həm müəssisənin, həm də həmkarlar ittifaqının müvafiq qurumları tərəfindən nəzarətdə saxlanılır. Nəzarət əvvəlcədən tutulmuş cədvələ uyğun olaraq, reydlər, yoxlamalar vasitəsilə həyata keçirilir. Müxtəlif maarifləndirici tədbirlər, o cümlədən seminarlar, dəyirmi masalar təşkil edilir.
Bütün bu tədbirlərin, əməyin mühafizəsinə ciddi yanaşmanın nəticəsidir ki, şükürlər olsun, sahəmiz üzrə istehsalatda ölüm hadisəsi qeydə alınmamışdır.
Mübariz müəllim noyabrın 10-da Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinin sevincini də tədbir iştirakçıları ilə bölüşdü. Bu münasibətlə onları təbrik etdi. “Xalq Silahlı Qüvvələrimizin uğurlarını mülki həyatımızda davam etdirməlidir”, - dedi. Biz iqtisadi gücün nəyə qadir olduğunu öz gözlərimizlə gördük. Güclü iqtisadiyyat güclü, yenilməz ordunun təməli oldu. Biz daha qüdrətli Azərbaycan arzusu ilə daha böyük şövqlə işləməli, vətənimizin dünyanın ən qabaqcıl ölkələri sırasına çıxması üçün var qüvvəmizi əsirgəməməliyik.
Sonda M.Əsədov AHİK-in Diplomunu və Respublika Komitəsinin qiymətli hədiyyələrini qalib müəssisənin - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” Beynəlxalq Hava Limanının direktor müavini, ictimai əsaslarla Həmkarlar İttifaqı Komitəsinin sədri Adil Qəhrəmanova təqdim etdi.
Adil müəllim diqqətə, işçilərin sağlamlığını fəaliyyətinin prioriteti saydığına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, onun sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürünü bildirdi

FAYDALI KEÇİDLƏR