AZ | RU | EN
AZ | EN | RU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatlandırılır

17 Nov 2020

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibi olub. Noyabrın 17-də qalib müəssisəyə mükafatların təqdimetmə mərasimi olub. Mərasimdə Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxış edib. O, iştirakçıları 17 Noyabr- Milli Dirçəliş Günü və Qarabağ uğrunda Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə təbrik edib. Bildirib ki, 44 gün ərzində Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə keçirilən əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan ərazilərimiz azad edilib. Noyabrın 10-u Azərbaycanın tarixinə parlaq qələbə günü kimi daxil oldu. Bu tarixi qələbəmiz bütün dünyaya Azərbaycanın güclü orduya, güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirdi. 
Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Səfər İbrahimov çıxışında bildirdi ki, “Tibbi Xidmət İdarəsində əməyin mühafizəsi, təminatı, əmək şəraitinə, təhlükəsizlik qaydalarının tədrisinə, tətbiqinə və təlimatlandırmaya qayğı yüksək səviyyədədir. İnanıram ki, Tibbi Xidmət İdarəsinin kollektivi bundan sonra da əmək şəraitinin mütəmadi, yeni tələblərə uyğun yaxşılaşdırılmasına səy göstərəcəkdir”. 
O, Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova AHİK-in Fəxri Diplomunu  və xatirə hədiyyəsi təqdim etdi.
Tədbirdə AHİK-in əmək müfəttişi Nadir   Muradovun da çıxışı dinlənildi.

FAYDALI KEÇİDLƏR