AZ | RU | EN
AZ | EN | RU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatlandırılır

21 Nov 2020

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə daxil olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti AHİK-in keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibləri sırasında olmuşdur.

Bu münasibətlə Respublika Komitəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Nadir Bayramovun iştirakı ilə yığıncaq keçirilmişdir.
Yığıncaqda çıxış edən Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov tədbir iştirakçılarını Vətən müharibəsində Azərbaycanın qazandığı böyük qələbə münasibətilə təbrik etmişdir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan bu qələbənin nəinki Azərbaycan, eləcə də dünya hərb tarixində ədəbi qalacağına, haqqında kitablar yazılacağına əmin olduğunu bildirdi. Dedi ki, azad olunmuş torpaqlarımızı vandal ermənilər xarabazarlığa çevirmişlər. Hər şeyi yenidən, necə deyərlər, sıfırdan qurmaq lazım gələcək. Quruculuq işlərinə sahibkarlar da cəlb olunacaq. Bu işdə biz də, həmkarlar ittifaqı təşkilatı olaraq, fəal iştirak etməliyik.
Məhəmmədəli müəllim qeyd etdi ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC ölkəmizin vətənpərvər insanların rəhbərlik etdiyi iqtisadi qurumlardan biridir. Çox güman ki, bübcəsi də imkan verəcək ki, o, Qarabağı quran təşkilatlar sırasında olsun.
Sonra M.Salmanov AHİK-in Diplomunu və sahə Hİ Respublika Komitəsinin qiymətli hədiyyələrini N.Bayramova təqdim etdi.

FAYDALI KEÇİDLƏR