AZ | RU | EN
AZ | EN | RU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatlandırılır

16 Dec 2020

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında 2019-cu ildə keçirilmiş Respublika baxış-müsabiqəsində “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının xidmətinə daxil olan 15 müəssisə iştirak etmişdir. 

Müsabiqənin gedişi müddətində Federasiyanın texniki əmək müfəttişi və əməyin mühafizəsi komissiyasının üzvləri həmin müəssisələrə getmiş, vəziyyətlə maraqlanmış, materiallarla tanış olmuşlar. İlin sonunda 4 ən yaxşı müəssisə qalib adına layiq görülmək üçün seçilmişdir. Sənədlər AHİK-in İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edilmişdir.
İcraiyyə Komitəsi baxış-müsabiqəyə təqdim edilmiş sənədlərlə tanış olarkən müəssisədə bədbəxt hadisələrin baş verməməsi, kollektiv müqavilələrdə əməyin mühafizəsinə dair bölmənin əhatəliyi, konkretliyi, təhlükəsiz əmək şəraiti üçün ayrılan pul vəsaitinin həcmi və istiqaməti üzrə xərclənməsi və sair mühüm məsələləri əsas götürmüşdür. Dörd müəssisənin göstəriciləri bu tələblərə tam cavab verdi. Sənədlərdə göstərilir ki, qalib adına layiq görülmüş 4 müəssisədə 800-ə yaxın işçinin iş şəraiti yaxşılaşdırılmış, təhlükəsiz əməyi təmin edilmişdir. Bundan ötrü müəssisə və təşkilatlar Əmək Məcəlləsinin 220-ci maddəsinin tələblərinə uyğun olaraq, işçilərin illik əməkhaqqı fondunun 2 faizindən az olmayaraq vəsait xərcləmişlər. Qalib müəssisələrin HİK-ləri iş planlarında əməyin mühafizəsi üzrə məsələlərə mühüm yer ayırmışlar. İlin sonunda müəssisədə yoxlama aparılmış, nəticələr geniş iclasda, işəgötürənlərin nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Beynəlxalq həmkarlar ittifaqı hərəkatının təşəbbüsü ilə “Layiqli əmək - ədalətli sosial iqtisadiyyata gedən yoldur” şüarı altında keçirilən tədbirlərdə Federasiyanın aparat işçiləri və Məclis üzvləri də iştirak etmişlər. Onlar mühazirələr oxumuş, müvafiq məsləhət və tövsiyələr vermişlər. Əməyin mühafizəsinin təkmilləşdirilməsi, gənclər və qadınlar arasında peşə təhsili sisteminin, işçilərin əmək hüquqlarının müdafiəsi məsələləri mövzusunda təşkil edilən seminarlara ilk həmkarlar ittifaqı təşkilatı sədrləri, fəalları da cəlb olunmuşdur.

Dekabrın 11-də Federasiyada müsabiqənin qaliblərinə - “Carlsberq Azerbaijan” MMC-nin (direktor Byaçeslav Maltsev, HİK sədri Tural Niftaliyev), “Azpetrol LTD” MMC “Sumqayıt 2” yanacaqdoldurma məntəqəsinin (direktor Əlişir Quliyev, HİK sədri Sabir Məmmədov), “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Bakı Turizm Peşə Məktəbi Publik Hüquqi Şəxs”in 17 (direktor Neylüfər Kərimova, HİK sədri Zöhrab Əliyev), “Saloğlu” firmasının Qazax filialının (direktor Zaur Əhmədov, HİK sədri Fuad İbrahimov) nümayəndələrinə AHİK-in diplomları və qiymətli hədiyyələr təqdim olundu.

ПОЛЕЗНЫЕ ССЫЛКИ