Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı
04 Dec 2020
Bu gün Vətən Müharibəsində şəhid olanların xatirəsi anılıb.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bu gün - dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, bu gün Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçirilir.
Anım gününün simvolu Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür.
Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!