Səttar Möhbalıyev mətbuat işçilərini təbrik etdi
22 Jul 2020
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə jurnalistlərə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
Sizi, çoxsaylı jurnalistlər ordusunu Milli Mətbuatımızın
145 illik yübileyi münasibətilə təbrik edir, Azərbaycan mətbuatının inkişafı və
gələcək perspektivləri naminə apardığınız məsuliyyətli işdə uğurlar
arzulayıram.
Bu gün mətbuat müstəqil dövlət, sivil,
demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata
keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində,
insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin
yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam və
mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Hazırda ölkəmizdə həyata
keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin
iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə yenidən qayıdışı ilə siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan
qurtulan milli mətbuatımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə
müasir demokratik cəmiyyətdə mühüm rol oynamağa başladı. Respublikada mətbu nəşrlərin
sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün
bütün imkanlar yaradıldı. Cənab Prezident Azərbaycan milli mətbuatının
yaranmasının dövlət səviyyəsində qeyd edilməsinə, mətbuat işçilərinin sosial məsələlərinin
həllinə, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsinə
böyük önəm verir, jürnalistlərin əməyinə xüsusi həssaslıqla yanaşır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq
bizim respublikanın kütləvi informasiya vasitələri ilə sıx əlaqələrimiz mövcuddur. Ümid edirəm ki,
bu əlaqələr bundan sonra da davam etdiriləcək, işçilərin əmək və sosial
problemlərinin həlli, hqquqlarının qorunması ön plana çəkiləcəkdir.
İnanırıq ki, 145 ili tamam olan milli mətbuatımız
bundan sonra da keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında
fəaliyyət göstərəcək, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmayacaq,
jurnalist etikasına əməl olunmasını, obyektivlik, peşəkarlıq, qərəzsizlik,
aktual problemlərə diqqət yönəldilməsini, milli-mənəvi dəyərləri və dövlətçilik
maraqlarına hörmət prinsipini daim əldə rəhbər tutacaqdır.
Sizə möhkəm cansağlığı, mətbuatımızın
inkişafı naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.