2020-ci il martın 23-də AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan etdiyi (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar AHİK-in üzv və tabeliyində olan təşkilatların rəhbərləri ilə müşavirə keçirilib. AHİK sədri koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verib.
AHİK sədri bildirib ki, Koronavirus (COVID-19) pandemiyasının ölkə
iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq
problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin
hazırlanması üçün Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına
əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə İşçi Qrupu yaradılıb.
Həmkarlar İttifaqlarının maraq dairəsində olan
məşğulluğun sabit saxlanılması, işçilərin işdən çıxarılması və ixtisarı, bir
sözlə, işçilərin sosial problemlərinin həlli ilə məşğul olan İşçi Qrupunda Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası olaraq biz də iştirak edirik. Bizim vəzifəmiz
işəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız
azaldılmasının qarşısını almaqdır. Bununla əlaqədar olaraq İqtisadiyyat
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyası və AHİK adından işəgötürənlərə xüsusi
bildiriş ünvanlanıb.
Bu
bildirişdə milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata
keçirən dövlətimiz indiki şəraitdə hər bir sahibkarın yanında olmaqla öz dəstəyini
təmin etdiyini bilidirib. “Bununla yanaşı, işəgötürənlərin diqqətinə çatdırılır
ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin
göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə
edərək işçilərin əsasız yerə işdən çıxarılmasına, ixtisarına yol verən işəgötürənlərlə
bağlı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək”
AHİK-də
keçiriləcək profilaktik tədbirlərin əlaqələndirilməsi, mütəmadi məlumatların
toplanması və maarifləndirici təşkili üzrə müşavirədə AHİK-in nəzdində İdarəetmə
Qrupu yaradılıb.
Müşavirədə
AHİK-in sədri Səttar Möhbalıyev millət vəkili
kimi aldığı 3 aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə
etdiyini bildirib.
Xatırladaq
ki, bundan əvvəl Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası adı çəkilən Fonda
250 min manat vəsait köçürüb.