Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvandakı Fonda 100 min manat köçürdü
21 Dec 2020
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Naxçıvan MR-da təsis edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ianə edib.
AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən Vətən müharibəsi dövründə həlak olmuş əsgər və zabitlərin Naxçıvan Muxtar Respublikasında yaşayan ailələrinin, qazilərin və zərər çəkmiş dinc sakinlərin sosial problemlərinin həllinə yardımla bağlı Naxçıvan Muxtar Respublikasındakı Fonda 100 min manat köçürülüb.
Qeyd edək ki, AHİK-in İcraiyyə Komitəsinin 14 dekabr 2020-ci il tarixli iclasında «YAŞAT» fonduna 300.000 (üç yüz min) manat vəsait köçürülməsi barədə qərar qəbul edilib və vəsait Fondun hesabına ianə edilib.
Bundan başqa AHİK-in üzv və tabeliyində olan təşkilatları həlak olmuş əsgər və zabitlərin ailələrinin, qazilərin, zərər çəkmiş dinc sakinlərin sosial problemləri ilə bağlı “YAŞAT” Fonduna mütəmadi olaraq vəsait köçürürlər.