AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərini təbrik edib
10 Mar 2021
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərini təbrik edib.
Təbrikdə deyilir:
Sizi vəCəmiyyətinizin bütün üzv vəkönüllülərini 10 mart – Qızıl Aypara Günümünasibətilətəbrik edirəm.
Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və köməyi sayəsində Qızıl Aypara Cəmiyyətinin maddi-texniki bazası möhkəmlənmiş, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə müstəqil təşkilat kimi daha da inkişaf etmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti bütün dünyada olduğu kimi fundamental prinsiplərinə - humanizm, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət, vahidlik və universallıq prinsiplərinə sadiq qalaraq xeyriyyəçilik missiyasını uğurla həyata keçirir. Aztəminatlı ailələrə, müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və digər həssas qruplardan olan insalara humanitar missiyası çərçivəsində daim dəstək verir.