Səttar Möhbalıyev: “Prezident Azərbaycanın haqlı olduğunu bir daha nümayiş etdirdi”
27 Apr 2021
“Prezident İlham Əliyevin aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışı dünya dövlətlərini Ermənistanın təcavüzkar, xain, işğalçı, pozucu və dağıdıcı siyasəti ilə tanış etd Artıq bu çıxışla bölgədə nələrin baş verdiyini və nələrin dəyişdiyini təhlil etmək mümkündür”.
Bunu Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, Milli Məclisinin deputatı Səttar
Möhbalıyev bildirib.
Onun sözlərinə görə, cənab Prezident
işğal altında olan ərazilərin terror yuvasına çevrilməsi, kəndlərin, şəhərlərin
viran qoyulması, həmçinin insanlıqla bir araya sığmayan fauna və floranın vəhşicəsinə
məhv edilməsinin Ermənistanın dövlət siyasəti olduğunu bir daha bəyan etdi: “Hətta
dövlət başçısı ötən ilin sentyabrında müharibənin başlamasına erməni təxribatının
olduğuna diqqət çəkdi. Ölkəmizin dinc sakinlərinin yaşadığı ərazilərin ağır artilleriyadan
atəşə tutulması və sakinlər arasında ölən və yaralananların olması Azərbaycan Ordusunu
əks-hücum əməliyyatlarına məcbur etdi və Azərbaycan bu məsələdə haqlı idi. Bu
açıqlama ilə sessiya iştirakçılarına əyan oldu ki, bu təxribatın qarşısı
alınmasaydı, Ermənistan işğal siyasətini daha da genişləndirmək niyyətində idi.
Əminliklə deyə bilərik ki, artıq Ermənistan bölgə üçün zərərsizləşdirilib, təcavüzkar
siyasətinə son qoyulub, ordusu məhv edilib”.
“Cənab Prezident həmçinin bu münaqişədə
Azərbaycanın haqlı mövqeyini sübut edən BMT
Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini
xatırladır və Azərbaycanın suveren hüquqlarını bərpa etmək üçün əsas olduğunu
qeyd edir. Münaqişənin sülh yolu ilə həll olunmasında Təhlükəsizlik Şurasının qətnamələrinin
icra olunmaması təəssüf doğurur. Görünən odur ki, “ikili standartlar” beynəlxalq
siyasətin ən böyük subyekti olan BMT qərarlarının və qətnamələrinin icrasına
mane olur. Bu halın qarşısının alınması üçün icra mexanizmlərinin hazırlanması təklifi
kifayət qədər əhəmiyyətli bir addımdır. Beynəlxalq sülhün bərqərar olması üçün
bu təşkilatın təşəbbüslərinə inam artmış olar, - S.Möhbalıyev qeyd edib.
“Dövlət başçısının Azərbaycanın Şərq-Qərb,
Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrinin
icrasına töhfələrini xatırlatması ölkəmizin iqtisadi gücünün və geosiyasi əhəmiyyətinin
göstəricisidir. Zəngəzur nəqliyyat dəhlizinin açılması bölgənin regional əhəmiyyətini,
iqtisadi potensialını daha da artıracaq və bu dəhlizdən istifadə edəcək hər bir
dövlət, o cümlədən Ermənistan üçün əhəmiyyətli olacaq. Bununla yanaşı
Naxçıvanla quru əlaqəmizi bərpa etməklə Türkiyəyə birbaşa çıxış imkanımız
reallaşacaq, yeni kommunikasiya əlaqələri qurulacaq, həmçinin Azərbaycana
Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan
verəcək, - deputat vurğulayıb.
“Cənab Prezident COVID-19 qarşı
mübarizə tədbirlərinə başlaya ilk dövlətlər sırasında olan Azərbaycanın
pandemiyaya qarşı mübarizə çərçivəsində beynəlxalq təşəbbüslərini xatırlatmaqla
ölkəmizin bu məsələdə kifayət qədər həssas olduğunu göstərir. Koronovirusa
qarşı peyvəndi ilk ölkəyə gətirən ölkələrdən biri olduq, artıq Azərbaycanda bu
günə qədər vurulan vaksinlərin ümumi sayı 1 423 660-dır. Bu
da kifayət qədər böyük rəqəmdir”, - deputat əlavə edib.