AZ | RU | EN
AZ | EN | RU

Vergi xidməti işçilərinin peşə bayramı münasibəti ilə təbrik məktubu ünvanlanıb

11 Feb 2021

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Vergi xidməti işçilərini peşə bayramları münasibəti ilə təbrik edib.
Təbrik məktubunu təqdim edirik:

Sizi 11 fevral – Vergi xidməti işçilərinin peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən vergi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirir. Son dövrlərdə maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə vergi-tarif tənzimlənməsi və vergi  xidmətində vahid avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması, beynəlxalq vergi əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.Şəffaflığın təmin edilməsi və kadr hazırlığının yaxşılaşdırılması sahəsində  görülən işlər bu sahənin daha da gücləndirilməsinə öz təsirini göstərmişdir. Həyata keçirilən tədbirlər bu sahədə çalışan işçilərin həyat səviyyəsinin daha da yüksəldilməsinə, əməkdaşların sosial-iqtisadi problemlərinin həllinə, onların iş şəraitinin yaxşılaşdırılmasına, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkilinə müsbət təsirini göstərməkdədir.

Bir daha Sizi və bütün vergi xidməti işçilərini çoxsaylı həmkarlar ittifaqı üzvləri adindan  ürəkdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram.

FAYDALI KEÇİDLƏR