Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyasi "Dirçəliş fondu"na əlavə vəsait köçürmüşdür
12 Mar 2021
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 11 mart 2021-ci il tarixdə keçirilən İcraiyyə Komitəsinin iclasında Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması üçün ölkə daxilindən və xaricindən sərmayələrin cəlb edilməsi məqsədilə yaradılmış «Qarabağa Dirçəliş Fondu»na əlavə olaraq 500 min manat məbləğində vəsaitin köçürülməsi barədə qərar qəbul edilmişdir.
İcraiyyə Komitəsinin iclasında AHİK-in sədri, millət vəkili
Səttar Möhbalıyev ölkə prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbədən sonra
azad edilmiş Qarabağda həyata keçiriləcək tikinti-quraşdırma və bərpa işləri haqqında
iclas iştirakçılarını məlumatlandırdı.
AHİK sədri göstərdi ki, ulu öndər Heydər Əliyevin uğurlu inkişaf
strategiyasına sadiq qalan və onu inamla
davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
17 illik prezidentliyi dövründə iqtisadi və ordu quruculuğu sahəsindəki həyata keçirdiyi
islahatlar öz nəticəsini verdi. 4 il əvvəl - 2016-cı ilin aprel ayının ilk günlərində
Tərtər və Füzuli istiqamətində erməni hərbi birləşmələrinin hücumlarının və təxribatlarının
qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar
Silahlı Qüvvələrimizin gücünü təsdiqlədi. Həmin döyüşlərədək Ermənistan siyasi recimi
tərəfindən yaradılan məğlubedilməzlik mifinin Aprel döyüşlərində sadəcə mif olduğu
sübuta yetirildi.
27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun
mövqelərinə növbəti hücumu artıq səbir kasasını daşırdı. Ölkə prezidenti, Ali Baş
Komandan cənab İ.Əliyev əks-hücum əməliyyatı başlanması barədə qərar verdi.
Sentyabrın 27-dən etibarən başlayan «Dəmir yumruq» əməliyyatı
Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirdi. Ölkəmizin
Silahlı Qüvvələrinin müzəffər Ail Baş Komandanı İ.Əliyevin rəhbərliyi altında cəmi
44 gün davam edən Vətən müharibəsində erməni ordusu haqqında uydurulan illüziyaları
yerlə yeksan edildi.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi
bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqincə yerinə yetirdi. Nikol
Paşinyanın noyabrın 10-da üçtərəfli bəyanatı imzalamaqla işğala son qoyuldu.
AHİK sədri iclas iştirakçılarına məlumat verdi ki, hazırda
işğaldan azad olunmuş Qarabağ ərazisində tikinti, quraşdırma və bərpa işləri uğurla
davam etdirilir.
Əhmədbəyli-Fizuli-Şuşa avtomobil yolunun inşasının tərtib
olunmuş qrafikə uyğun olaraq tikintisi davam edir. Zəngilan rayonunun Üçüncü Ağalı
kəndində və digər rayonların bir neçə kəndində «Ağıllı kənd» layihələrinə start
verilmiş, Laçın rayonunun Güləbir kəndində qısa müddət ərzində elektrik stansiyası
bərpa edilərək istifadəyə verilmiş, Fizuli rayonunda aeroportun inşasının, Horadiz-Ağbənd
dəmiryolu xəttinin təmələri qoyulmuş, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri
içməli su, elektrik enercisi, qazla təmin edilmiş və tikini quraşdırma işlərinə
start verilmişdir. Bir sözlə işğaldan azad
olunmuş ərazilərin əksəriyyətində infrastruktur layihələrin işlənilməsi barədə ölkə
rəhbərliyi tərəfindən göstərişlər uğurla yerinə yetirilməkdədir. Hazırda bu işlər
davam etdirilir. Prezient İlham Əliyev Laçın rayonuna səfəri zamanı bir daha bəyan
edərək Qarabağın cənnətə çevriləcəyini demişdir:
«Mən demişəm. Biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər
verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və bundan sonra bu torpaqlarda
əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ
bizimdir! Qarabağ Azərbaycandır».
Vətən müharibəsi bitdikdən sonra respublikamızda fəaliyyət
göstərən bütün dövlət və ictimai qurumlar kimi Qarabağın dirçəldilməsi və qazilərin
sosial problemlərinin həllində yaxından iştirak etmək üçün Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası da müəyyən addımlar atmışdır. Qarabağın Dirçəliş Fonduna
100 min, ümumilikdə 600 min manat, aztəminatlı və digər həssas kateqoriyalardan
olan ailələrə ərzaq sovqatlarının verilməsi məqsədilə Heydər Əliyev Fondunun «Regional
İnkişaf» İctimai Birliyinə 705 min, qazi və şəhid ailələrinin təminatına dəstək
məqsədilə «Yaşat» fonduna isə 537.750 manat köçürülmüşdür. Bundan əlavə Müzəffər
Azərbaycan ordusunun şəhid olmuş 139 əsgər və zabitlərin ailəsi himayəyə götürülmüşdür.
AHİK sədri bundan sonra da Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən tikinti quraşdırma,
bərpa işlərində yaxından iştirak etməklə, ona maddi və mənəvi dəstək verilməsi üçün
bütün imkanlardan istifadə etməyə səy göstərəcəklərini iclas iştirakçılarının nəzərinə
çatdırdı.