Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürmüşdür
22 Jan 2021
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları Koronavirus pandemiyası və Vətən müharibəsi dövründə daim dövlətimizin yanında olmuş, milli həmrəylik nümayiş etdirmiş, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə diqqət və qayğı göstərilməsini başlıca istiqamətə çevirmiş, Ali Baş Komandanımızın bütün addımlarını dəstəkləmişdir.
AHİK və onun üzv təşkilatları tərəfindən pandemiya
dövründə ümumilikdə 6.065.988 manat məbləğində maddi və ərzaq yardımları göstərilmişdir.
O cümlədən, AHİK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və
Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 110 min
manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyin hesabına 205
min manat vəsait köçürmüş, 54.328 aztəminatlı ailəyə 1.517.825 manatlıq yardım
etmiş, 76 şəhər və rayonda yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatları
paylamışdır. Yaşı 65-dən çox olan 45.919 nəfər ehtiyac sahiblərinə, imkansız həmkarlar
ittifaqı üzvlərinə 3.152.625 manat məbləğində maddi yardım göstərilmiş,
karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə
936.628 manatlıq qoruyucu vasitələr paylanmışdır. Həmkarlar ittifaqı təşkilatlarının
rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ümumilikdə
458.920 manat vəsait köçürmüşlər.
AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi
dövründə 3 milyon 424 min 312 manat xərclənmişdir. O cümlədən, AHİK İcraiyyə
Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım
Fondunun hesabına 350 min manat ianə edilmiş, İcraiyyə Komitəsinin digər qərarı
ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına
həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar
Respublikası Həmkarlar İttifaqları Şurasına 150 min manat köçürülmüşdür.
Sahə həmkarlar ittifaqları tərəfindən 1.380.687 manatlıq
maddi yardım göstərilmiş, Silahlı Qüvvələrə Yardım Fonduna 1.005.875 manat vəsait
köçürülmüş, “Yaşat” Fonduna 537.750 manat ianə edilmişdir.
AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə, aztəminatlı və
digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatı verilməsi məqsədilə
“Regional İnkişaf” İctimai Birliyinin hesabına 500 min manat vəsait
köçürülmüşdür.
Ümumilikdə, AHİK və onun üzv təşkilarları tərəfindən
Pandemiya və Vətən müharibəsi dövründə 10 milyon manata yaxın vəsait xərclənmişdir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma
üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa
və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin
və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş
Fondu” yaradılmışdır.
AHİK-in İcraiyyə Komitəsinin 19 yanvar 2021-ci il tarixli
qərarı ilə “Qarabağ Dirçəliş Fondu”na 100 min manat məbləğində vəsait
köçürülmüşdür.