Səttar Möhbalıyev: “Birgə Monitorinq Mərkəzinin yaradılması Azərbaycan – Türkiyə qardaşlığının daha bir təzahürü oldu”
01 Feb 2021
“Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olunması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir.
Məlumdur ki, Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmiz 30 il ərzində Ermənistanın və onun havadarlarının etinasızlıq
göstərdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini cəmi 44 gün ərzində
yerinə yetirdi və bununla da Qarabağ münaqişəsi öz həllini tapdı. Lakin sadəcə
hərbi əməliyyatların başa çatması faktı özü-özlüyündə hələ bölgədə və regionda
sülh və əmin-amanlığın bərqərar olacağına zəmanət ola bilməz. Bunun üçün keçmiş
münaqişə zonasında bundan sonrakı proseslərə nəzarət edə biləcək xüsusi quruma
ehtiyac var idi. Elə 2020-ci il 10 noyabr tarixdə Azərbaycan, Rusiya və Ermənistan
rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda da münaqişə tərəflərinin
razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə
nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulurdu. Həmçinin bu məqsədlə
Türkiyə və Rusiya arasında Birgə Mərkəzin yaradılmasına dair razılıq əldə
edilmişdi. Məhz həmin razılaşmanın nəticəsi kimi də yanvarın 30-da Ağdam rayonu
ərazisində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə
başladı.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev
deyib.
Həmçinin Səttar Möhbalıyev bildirib ki, yeni yaradılmış Mərkəzdə məhz Türkiyə və Rusiya sülhməramlılarının birgə fəaliyyət göstərməsi Azərbaycanın maraqlarına tam uyğundur: “Qeyd etmək lazımdır ki, hər iki ölkə bizim üçün dost, qonşu ölkədir və məhz onların iştirakı ilə belə bir mərkəzinin yaradılması böyük əhəmiyyət kəsb edir. İlk növbədə bu mərkəzin yaradılması ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılmış oldu. Türkiyə isə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etmək işində Rusiya ilə birgə həlledici rol oynayacaq. Eləcə də regionda gələcək əməkdaşlıq perspektivləri baxımından Türkiyə və Rusiyanın birgə fəaliyyətləri geniş imkanlar yaradır. Bununla belə düşünürəm ki, Monitorinq Mərkəzinin bu gün üçün nəzərdə tutulan əsas vəzifələri məhz bölgədə sabitliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsi, yarana biləcək insidentlərin qarşısının alınması və araşdırılması xüsusunda olacaq.”

Millət vəkili xüsusi olaraq diqqətə
çatdırıb ki, qardaş Türkiyənin təmsilçilərinin Azərbaycanın işğaldan azad
olunmuş ərazilərdə xidmətə başlamasını ölkəmizin regionda yaratdığı yeni
geosiyasi reallıqların daha bir uğurlu nəticəsi kimi göstərmək olar. Səttar
Möhbalıyev öz fikirlərini belə tamamlayıb: “Azərbaycanın tam və qəti qələbəsilə
başa çatmış 44 günlük Vətən müharibəsi Cənubi Qafqaz regionunda yeni reallıqlar
yaratdı. Bu reallıqların formalaşması əlbəttə ki, ilk növbədə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi
məqsədyönlü xarici siyasətin nəticəsində və möhtərəm dövlət başçımızın yenilməz
siyasi iradəsinin sayəsində mümkün oldu. Eyni zamanda da Azərbaycan – Türkiyə tərəfdaşlığı
və sarsılmaz dostluğu bu yeni reallıqların bütün dünya tərəfindən qəbul edilməsində
önəmli rol oynadı. Bu gün isə bu tərəfdaşlıq regionda artıq sadəcə sülhün və təhlükəsizliyin
deyil, eyni zamanda da region ölkələri və qonşu dövlətlərin iştirakı ilə gələcəkdə
həyata keçiriləcək yeni birgə layihələrin təhlükəsizlik təminatına zəmin
yaradır. İki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi
Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb
edir. Bundan sonra artıq digər region ölkələri də beynəlxalq nəqliyyat dəhlizlərinin
şaxələndirilmiş şəbəkəsinin yaradılması işində fəal iştirak edəcəklər və bu da
ölkəmizin həm regional, həm də beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb
olacaq.”