AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

Kərimov Hüseyn Qubad oğlu 2 avqust 1956-cı ildə anadan olmuşdur. 1977-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun “Əməyin iqtisadiyyatı” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə Azərittifaqın rayonlararası avtobazasında mühasibatlıqda başlayıb və həmin il hərbi xidmətə çağırılıb. 1979-cu ildə Göyçay Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsində əmək haqqı üzrə mühasib,1984-cü ildən 1990-cı ilə qədər həmin idarədə baş iqtisadçı vəzifəsində işləyib. 1990-1993-cü illərdə Bakı şəhər Pivə İstehsalat Birliyində sex ustası və sex rəisi, 1993-1995-ci illərdə “Mərhəmət-1” kiçik müəssisəsində mühasib, 1995-2004-ci illərdə Azərittifaqın tələbə istehlak idarəsində iqtisadçı, 2004-2006-cı illərdə Aztelekom İstehsalat İdarəsində iqtisadçı vəzifələrində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun Xəzər, 2008-ci ildə Nərimanov, 2011-ci ildə Binəqədi, 2018-ci ildə  Səbail  rayon şöbələrinin müdiri vəzifələrində işləmişdir.  2019-cu ildə “Azərişıq” ASC-nin Həmkarlar İttifaqı Birliyinin sədri  işləmişdir. 17 iyul 2020-ci ildə Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilmişdir.
Ailəlidir, 3övladı, 9 nəvəsi var.

FAYDALI KEÇİDLƏR