AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri

Həmkarlar İttifaqı Respublika Komitəsi

 

 

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı öz ətrafında dövlət qulluqçularını, hüquq-mühafizə və müdafiə sistemində çalışan mülki işçiləri, bir sıra banklar və xidmət sahələrində çalışan həmkarlar ittifaqı üzvlərini birləşdirir.

DİİXİ Hİ üzvlərinin sayı 68 min nəfərə yaxındır. Həmkarlar ittifaqının strukturunda 10 birləşmiş, 75 rayon-şəhər və 1475 ilk təşkilat mövcuddur. Respublika Komitəsi 24 nazirlik, komitə və digər mərkəzi qurumlarla sahə Kollektiv Sazişləri imzalamışdır.

DİİXİ Hİ-nın ali rəhbər orqanı qurultaydır. Sonuncu qurultay 2012-ci il avqustun 31-də keçirilmiş və Osmanov Hikmət Saleh oğlu sədr seçilmişdir. Həmin qurultayda DİİXİ Hİ-nın Nizamnaməsi yeni redaksiyada qəbul edilmişdir. Qurultaylararası dövrdə həmkarlar ittifaqına rəhbərliyi Plenum və Rəyasət Heyəti həyata keçirir.

DİİXİ Hİ Saatlı rayonunda Tədris-idman Mərkəzinə və öz üzvlərinin istirahəti üçün Xaçmaz rayonunun Nabran qəsəbəsində 2010-cu ildə istifadəyə verilmiş 96 yerlik “Ülfət” istirahət mərkəzinə malikdir.

DİİXİ Həmkarlar İttifaqı PSI (Beynəlxalq İctimai Xidmət Federasiyası), EPSU (Avropa İctimai Xidmət Federasiyası), MFP (Dövlət İdarələri Həmkarlar İttifaqlarının Beynəlxalq Federasiyası) kimi beynəlxalq təşkilatların üzvüdür.

FAYDALI KEÇİDLƏR