AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti

Yusifov Bəkir Aslan oğlu

12 noyabr 1956-cı ildə Azərbaycan Respublikasının Laçın rayonunun Əhmədli kəndində anadan olmuş, təhsili ali, 1983-cü ildə Vladimir İliç Lenin adına (indiki N. Tusi adına) Azərbaycan Pedoqoji İnstitunu bitirib.
Əmək fəaliyyətinə 1977-1980-ci illər ərzində SSRİ Kommunist Partiyasının XXI Qurultayı adına gəmiqayırma zavodunda fəhlə, texnik-konstruktor kimi başlayıb.
1980-1981-ci illərdə 10 nömrəli texniki peşə məktəbində istehsalat təlimi üzrə usta, 1981-1984-cü illərdə Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.
1990-1991-ci illərdə Azərbaycan Ziyalılarının Demokratik İttifaqının Respublika İdarə Heyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1991-1992-ci illərdə Elektrostansiyalar və elektrotexniki sənaye işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində təlimatçı vəzifəsində işləyib.
1992-ci ildə Aviasiya işçiləri həmkarlar ittifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü il dən 2020-ci ilədək Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olub.
2003-cü ildə Rusiya Mülki Aviasiyasının “80 illik”, 2005-ci ildə Rusiya Müstəqil Həmkarlar İttifaqlarını “100 illik”, 2007-ci ildə Rusiya Mülki Aviasiyasının “85 illik”, 2012-ci ildə “90 illik” yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə (25 oktyabr 2005-ci il 1063 S) “TƏRƏQQİ” medalına layiq görülüb.
2006-cı il 18 oktyabr tarixində Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar hərəkatındakı fəaliyyətinə görə”, 2012-ci il 10 apreldə isə ”20 illik”, 2017-ci ildə isə “25 illik” gümüş yubiley medalları ilə təltif olunub.
2006-cı il 24 oktyabrda Belorusiya Həmkarlar İttifaqları Federasiyasının “100 illik yubileyi medalı”-na, 2015-ci il 24 sentyabrda isə “110 illik yubileyi medalı”-na, 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 19 nömrəli Əmri ilə “Şərəf Nişanı” na, 2013-cü ildə isə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (Azal) “75 illik” yubiley medalına layiq görülüb.
2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “20 illik” yubiley döş nişanı ilə, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni ilə təltif olunub.
2016-cı il noyabr ayının 11-də Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin sədri seçilmişdir.
2016-cı ildə Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin “20 illik” yubiley döş nişanı ilə 2018-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin “Mülki aviasiya sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.
2019-cu ilin aprelində Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin “Xidmətlərinə görə” döş nişanına və Beynəlxalq Əmək Təşkilatının yaranmasının 100 illiyi münasibətilə Fəxri diploma layiq görülüb.
Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
2021-ci il 30 aprel tarixində keçirilən Metal İşçiləri Həmkarlar İttifaqının Məclisində  Federasiyanın prezidenti seçilib.

FAYDALI KEÇİDLƏR