Üzv təşkilatlar
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Osmanov Hikmət Saleh oğlu

1984-cü ildən 1990-cı ilədək Quba rayon Partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya məktəbində əyani təhsil almışdır. 1991-ci ildən 1995-ci ilin sonunadək Quba sovxoz – texnikumunun direktoru vəzifəsində işləmişdir.
1996-ci ildən 2005-ci ilədək I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005-ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. Türk və rus dillərini bilir.
4 fevral 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Hikmət Saleh oğlu
Osmanov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Evlidir, iki övladı var.