AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

AHİK sədrinin birinci müavini, "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının sədri
İlyas Alxas oğlu Əliyev
 
 
ilyas.m1957-ci ildə anadan olmuşdur. 1986-cı ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.Əmək fəaliyyətinə «Azərkəndtəsərrüfattexnika»-da fəhlə kimi başlamış və müxtəlif vəzifələrdə çalışmışdır.
1981-ci ildən həmkarlar ittifaqı orqanlarında çalışmış, təlimatçı-müfəttiş vəzifəsindən Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmişdir. 2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının prezidenti seçilmişdir.
1996-cı ildə AHİK sədrinin müavini, 1998-ci ildə isə birinci müavin seçilmişdir.
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən İlyas Alxas oğlu Əliyev "3-cü dərəcəli vətənə xidmət" ordeni ilə təltif edilib.
Evlidir. Üç övladı var.

FAYDALI KEÇİDLƏR