Üzv təşkilatlar
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Cahangir Kərim oğlu Əliyev
1955-ci ildə anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1976-cı ildə Bakı elektrik maşınqayırma zavodunda usta köməkçisi kimi başlamışdır. Sonra mühəndis-normalaşdırıcı, iqtisadçı vəzifələrində işləmişdir. 1980-ci ildə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində mənzil məişət şöbəsinin müdiri, 1990-cı ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasında fəhlə nəzarəti inspeksiyasının rəhbəri, 1991-ci ildən isə mənzil-məişət şöbəsinin məsləhətçisi vəzifələrində çalışmışdır.
1992-1995-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf Baş İdarəsinin rəis müavini və Sosial İnkişaf şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1996-cı ildə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
2011-ci ildə Beynəlxalq Neft və Qaz Sənayesi İşçiləri Konfederasiyasının baş katibinin müavini seçilmişdir.
2006-cı ildə Azərbayjan Respublikasının Prezidentinin sərəncamına əsasən «Tərəqqi» medalı və Azərbaycan Həmkarlar İttifaqlarının «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Cahangir Kərim oğlu
Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Evlidir. İki övladı var.