AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi


1905-ci ildə Bakıda poçt və teleqraf qulluqçuları Ümumrusiya poçt-teleqraf məmurları ilk Həmkarlar İttifaqının yerli şöbəsini yaratmışlar.

22 fevral 1968-ci ildə rabitə və avtonəqliyyat işçilərinin və şosse yolları fəhlələrinin Respublika Komitəsinin IV Plenumu «Rabitə işçiləri» və «Avtonəqliyyat işçiləri və şosse yolları fəhlələri» iki Müstəqil Sahə Həmkarlar İttifaqı Respublika Komitələrini yaratmaları barədə qərar qəbul etmişdir.

İttifaq Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi adı altında fəaliyyət göstərmişdir. 24 yanvar 2020-ci il tarixində isə İttifaqın Nizamnaməsinə dəyişiklik edilərək Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı rabitə, nəqliyyat və yüksək texnologiya sahəsində çalışan işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının birliyidir. NRYTİHİ Azərbaycan Respublikası Konstitusiyasına, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə və normalarına, Azərbaycan Respublikasında ratifikasiya olunmuş beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının qanunvericiliyinə və onun subyektlərinə, mövcud Nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərir. NRYTİHİ həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Hazırda İttifaq öz ətrafında 5 həmkarlar ittifaqı şöbəsi və 2 birləşmiş həmkarlar ittifaqı komitəsindən ibarət 174 ilk təşkilatda həmkarlar ittifaqı üzvü olan və poçt, telekom və teleradioda çalışan 20 minə qədər üzvü birləşdirir. İttifaqın Nabranda üzvlər üçün tikdiyi bazası və Goradildə rabitəçilərə əməyin mühafizəsi üzrə formalar tikən tikiş sexi vardır.

  • Həmkarlar İttifaqının orqanları aşağıdakılardır:

  • Konfrans-ali rəhbər orqan

  • Respublika Komitəsi – seçkili kollegial orqan

  • Rəyasət Heyəti – icraedici kollegial orqan

  • Həmkarlar İttifaqı sədri – tək icraedici orqan

  • Təftiş komissiyası – nəzarət təftiş orqanı

Nəqliyyat, Rabitə, Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi UNİ Global və RİBHİ (МОР) üzvü kimi mütəmadi olaraq bu təşkilatların tədbirlərində iştirak edir.


 

FAYDALI KEÇİDLƏR