AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Azərbaycan Aviasiya İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Əsədov Mübariz Qədir oğlu 

1 may 1965-ci ildə Göyçay şəhərində anadan olub. 
1982-ci ildə  3 saylı Beynəlmiləl orta məktəbi bitirib. 
Məktəbi bitirdikdən sonra 1982-ci ildə Göyçay rayon Kənd Təsərrüfatı müəssisəsində işə qəbul olunub.
1983-cü ilə əsgəri xidmətə yola düşüb.
1986-cı ildə Bakı Yeyinti –Sənaye texnikomuna daxil olub. Texnikomu bitirdikdən sonra 1989-cu ildə Azrbaycan Texniki Universitetinin qiyabi şöbəsinə daxil olub.
1986-cı ildə Bakı taro-montac müəssisəsində işə qəbul olub. 1989-cu ildə  26 Bakı Komissarı adına zavodda çilingər vəzifəsində işləyib. 1993-1994-cü illərdə Bakı Qafqaz Enerji İstehsalat Birliyində mühəndis vəzifəsində, 1994-1995-ci illərdə «Marketinq -XX» jurnalında menecer vəzifəsində çalışıb.
22 oktyabr 1997-ci ildən Aviasiya Təhlükəsizlik İdarəsinin Aviasiya Təhlükəsizlik Xidmətində agent vəzifəsində işləyib. 2006-cı ilin iyul ayında Aviasiya Təhlükəsizlik İdarəsinin həmkarlar ittifaqı komitəsinin sədri seçilib.
10 sentyabr 2020-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Plenumunun qərarı ilə Respublika Komitəsinin sədrivəzifəsinə seçilib.
Ailəlidir. 2 övladı var.

FAYDALI KEÇİDLƏR