AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Azərbaycan Respublikası Müdafiə Sənayesi İşçiləri
Həmkarlar İttifaqının sədri
Röfət Həmid oğlu Müfid-Zadə



1948-ci ildə anadan olmuşdur. 1971-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir.
Texnika elmləri namizədidir, 6 ixtiranın və 34 elmi işin müəllifidir.
1969-cu ildən 1997-ci ilə kimi əmək fəaliyyəti Azərbaycan Respublikasının neft sənayesi ilə bağlı olmuş, neftqazçıxarma müəssisələrində neft və qaz quyularının qazmaçı köməkçisi, neft və qazçıxarma üzrə operator və mühəndis vəzifələrindən Azərbaycan Neft-Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda laboratoriya müdiri və direktor müavini, “VNİİTneft” Ümumittifaq İnstitutunun Bakı kompleks elmi-istehsalat sektorunun müdiri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində söbə rəisinin müavini vəzifələrinədək irəli çəkilmişdir.
1997-ci ildə R. Müfid-Zadə Quruda Neft və Qazçıxarma İstehsalat Birliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə sədr, 2003-cü ilin may ayında isə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində aparılan struktur dəyişikliklərindən sonra ən böyük həmkarlar ittifaqı birliyinə - “Azneft” İstehsalat Birliyi İşçiləri Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə sədr seçilmişdir.
2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Müdafiə Sənaye Sahələri İşçilərinin Müstəqil Həmkarlar İttifaqına sədr seçilmişdir. AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür.
2009-cu ilin iyun ayından MDB ölkələri Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyinin büro üzvüdür.
Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamı ilə Röfət Həmid oğlu Müfid-zadə "Tərəqqi" medalı ilə təltif olunub. 
Ailəlidir, bir övladı var.

FAYDALI KEÇİDLƏR