Üzv təşkilatlar
“Baku Stil Kompani”MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
«Baku Stil Kompani» İşçiləri Həmkarlar İttifaqı 06 oktyabr 2004-cü ildə yaradılmışdır. 2010-cu ildən Baku Stil Kompani MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi adı altında öz fəaliyyətini davam etdirir.
Birliyin xidmət dairəsinə «Baku Steel Company» Şirkətində və «Baku Oksigen Company» ASC-də çalışan 1800 nəfərdən çox həmkarlar ittifaqı üzvü daxildir.
Həmkarlar İttifaqı Birliyinin ali orqanı beş ildə bir dəfədən gec olmayaraq çağırılan Konfransdır. Konfranslararası dövrdə Həmkarlar İttifaqı Birliyinin rəhbər orqanı Məclisdir, cari işlərin aparılması üçün İcraiyyə Komitəsi seçilir.
İşəgötürənlə əmək kollektivinin arasında əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləmək məqsədi ilə 2010-2012-ci illər üçün bağlanmış Kollektiv Müqavilədən istifadə olunur.