Üzv təşkilatlar
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədri
Səfərov Rəşad Akif oğlu
1978-ci il avqustun
29-da anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad
Universitetinin bakalavr, 1999-2001-ci illərdə isə “İstehsal sistemlərinin
idarəedilməsi” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə
bitirmişdir.
İqtisad elmləri
namizədi, dosentdir.
2000-ci ildən Yeni
Azərbaycan Partiyasının üzvüdür. 2000-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad
Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
2006-cı ildən
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədr müavini, 2002-ci ildən Azərbaycan Dövlət İqisad
Universitetinin “Menecment” kafedrasının müqavilə əsasında, 2014-cü ildən isə
əvəzçilik üzrə müəllimi, dosentidir.
2017-ci ildə Rabitə
İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin “25 illik yubiley”
medalı, 2 fevral 2018-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının “Həmkarlar ittifaqında xidmətlərinə görə” medalı, 29 avqust
2018-ci ildə səmərəli əmək fəaliyyətinə görə Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
4 fevral 2013-cü ildə
Azərbaycan Respublikası Prezidenti cənab İlam Əliyevin sərəncamı ilə “Tərəqqi”
medalı ilə təltif edilmişdir.
2020-ci il avqustun 20-də
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri seçilmişdir.
Ailəlidir. 1 oğlu, iki
qızı var.