AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı

 

 27 oktyabr 1992-ci ildə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı 45 ilk təşkilatı və 9877 üzvü özündə birləşdirir.

1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibinə daxil olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının qurultayı 5 ildə bir dəfə keçirilir. Qurultayın keçirilmə vaxtı Məclis tərəfindən müəyyən edilir. Sonuncu Qurultay 7 noyabr 2012-ci ildə keçirilmişdir.

Qurultaylararası dövrdə ali orqan Məclisdir. Məclis ildə 2 dəfə keçirilir. İttifaqın Rəyasət Heyətinin iclası ayda 1 dəfə keçirilir.

2010-2012-ci illər Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının və Milli Elmlər Akademiyasının Rəyasət Heyəti arasında kollektiv saziş, ilk həmkarlar ittifaqı təşkilatları ilə işəgötürənlərlə kollektiv müqavilələr bağlanmışdır.


FAYDALI KEÇİDLƏR