Üzv təşkilatlar
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi
Azərbaycan dəmir yolu ilk həmkarlar ittifaqı təşkilatı iyirminci əsrin əvvəllərində, 7 oktyabr 1905-ci ildə Bakıda Zaqafqaziya, Vladiqafqaz və Orta Asiya dəmir yolları fəhlə və qulluqçularının konfransında yaradılmışdır.
SSRİ yaradılandan sonra dəmiryolçuların həmkarlar ittifaqı təşkilatı Zaqafqaziya Dəmir Yolu həmkarlar ittifaqı təşkilatının tərkibində fəaliyyət göstərmişdir. 1955-ci il oktyabrın 13-də müstəqil Azərbayjan dəmir yolu təşkil edildikdən sonra Azərbaycan dəmiryolçularının həmkarlar ittifaqı müstəqil olaraq fəaliyyətini davam etdirmişdir. 2001-ci ildən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi (Azərbaycan Dəmiryolçularının MHİRK) adlandırılmışdır.
2011-ci ilin əvvəlinə 30 min nəfərə yaxın üzvü olan Azərbayжan Dəmiryolçularının MHİRK 8 birləşmiş və 162 müəssisə və təşkilatların həmkarlar ittifaqı komitələrini əhatə edir. İttifaqın Nabran zonasında «Lokomativ» istirahət mərkəzi fəaliyyət göstərir.
Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümumdünya Nəqliyyat İşçİlərinin Həmkarlar İttifaqı Federasiyasının üzvüdür.