AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri

Həmkarlar İttifaqı Respublika Komitəsi

 

 

Elektriklərin həmkarlar ittifaqı 1917-ci ildə Bakı şəhərində təşkil edilmişdir.

Azərbaycan Elektrik Stansiyaları və Elektrik Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Respublika Komitəsi 1931-ci ildə yaradılmışdır.

Azərbaycan Elektrik Stansiyaları və Elektrik Sənayesi Fəhlələri Həmkarlar İttifaqının 30 yanvar 2003-cü ildə XVI Konfransında yeni redaksiyada Nizamnaməsi qəbul edilmiş və təşkilat "Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı" adlandırılmışdır.

Sahə həmkarlar ittifaqı elektroenergetika və elektrotexnika sənayesi sahəsində çalışan həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərini təmsil və müdafiə edən təşkilatdır.

Sahə həmkarlar ittifaqı respublika komitəsinin Azərbayjan Respublikasının Konstitusiyasına, İnsan hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının Konvensiya və Tövsiyələrinə uyğun olaraq, «Həmkarlar ittifaqı haqqında» Azərbayjan Respublikasının Qanununa əsasən, eyni zamanda həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan digər qanunvericilik aktlarında nəzərdə tutulmuş norma və müddəalara riayət etməklə, Azərbayjan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməyə uyğun fəaliyyət göstərir.

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının ali orqanı konfransdır. Konfrans sahə həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

Sahə həmkarlar ittifaqının 41 ilk təşkilatı olmaqla 24 mindən artıq üzvü vardır.

Sahə həmkarlar ittifaqı Respublika Komitəsi "Azərenerji" və "Azərenerjitikintiquraşdırma" Açıq Səhmdar Cəmiyyətləri ilə Sahə (Tarif) Kollektiv Sazişi bağlayır.   Müəssisə və təşkilatlarda bu Sahə (Tarif) Kollektiv Saziş əsasında Kollektiv Müqavilələr bağlanılır.

Sahə həmkarlar ittifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, kimyaçilar, energetiklər, dağ-mədən və digər sahə işçiləri həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının (ICEM) və «Elektroprofsoyuz» Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvüdür.


FAYDALI KEÇİDLƏR