AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi

 

 

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı 10 iyul 2001-ci ildə özünün təsis yığıncağını keçirərək 4 aprel 2002-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Konstitusiyasına, “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununa, həmkarlar ittifaqının fəaliyyətinə aid olan başqa qanunvericilik aktlarına və Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Nizamnaməsinə uyğun olaraq bələdiyyələrin, bələdiyyələrin yaratdıqları istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün yaradılmış müstəqil, qeyri-siyasi, ümumölkə ictimai birliyidir.

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının ali orqanı Qurultaydır, qurultaylararası dövrdə isə Məclisdir, Məclislərarası dövrdə icraçı orqan - İcraiyyə Komitəsidir.

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının II Qurultayı 28 sentyabr 2007-ci ildə keçirilmişdir. Qurultayda Azərbaycan Bələdiyyə Qulluqçularının Həmkarlar İttifaqının adında dəyişiklik edilərək Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı adlandırılılmışdır.

01.01.2011-ci il tarixə olan məlumata görə ABİHİ-nin 7150 nəfər həmkarlar ittifaqı üzvü vardır. Respublikanın 49 şəhər və rayonlarında ABİHİ-nin rayon komitələri fəaliyyət göstərir.

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının nəzdində “Gender bərabərliyi siyasəti”ni həyata keçirən işçi qrupu, gənclərlə iş, əmək və sosial hüquqların müdafiəsi, təhsil və idman bölmələri fəaliyyət göstərir.

Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və beynəlxalq əlaqələrin yaradılmasına böyük önəm verir. Hazırda Türkiyə Respublikasında bələdiyyələr sahəsində fəaliyyət göstərən “Belediye-İş” Sendikası ilə sıx əlaqələr qurulmuş və təcrübə mübadiləsi aparılmaqdadır.

 

FAYDALI KEÇİDLƏR