Üzv təşkilatlar
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı 1905-ci ildə yaradılmışdır. Respublika zəhmətkeşlərinin ən böyük həmkarlar ittifaqı birliklərindən biridir. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi özündə 73 ərazi şurası , 2 birləşmiş komitə və 889 ilk həmkarlar ittifaqı təşkilatlarını birlləşdirir.
Həmkarlar ittifaqının 137115 üzvü vardır, onlardan 9966 nəfəri tələbədir. Səhiyyə İşçiləri Həmkarlar İttifaqının ali orqanı Qurultaydır. Səhiyyə İşçiləri Həmkarlar İttifaqının I Qurultayı 2005-ci ildə keçirilib. Qurultaylararası dövrdə həmkarlar ittifaqının işinə Məclis rəhbərlik edir. Məclis ildə bir dəfə çağırılır. Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə operativ rəhbərlik etmək üçün Məclis üzvlərindən Respublika Komitəsinin Rəyasət Heyəti seçilir.
1989-cu ildə Əfəndiyev Emin Ənvər-Tovfiq oğlu Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
Həmkarlar İttifaqı Respublika Komitəsi xarici ölkələrin həmkarlar ittifaqları, o cümlədən İctimai Xidmət sahəsi Həmkarlar İttifaqının Avropa Federasiyası (EPSU) və İctimai Xidmət sahələri Beynəlxalq Həmkarlar İttifaqı təşkilatı (PSİ) ilə aktiv əməkdaşlıq edir.