AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri  
Həmkarlar İttifaqı Federasiyasının sədri
Quliyev Tofiq Rəhman oğlu

 
 
kend-qida1950-ci ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini, daha sonra istehsalatdan ayrılmamaqla 1980-1985-ci illərdə Şvernik adına Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası yanında Həmkarlar İttifaqı Hərəkatının Ali Məktəbinin aspiranturasını bitirmişdir.
Əmək fəaliyyətinə 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin komsomol komitəsinin katibi (ştatlı) kimi başlamış, rayon komsomol komitəsinin birinci katibi vəzifəsinədək yüksəlmişdir. 1976-1982-ci ildə Azərbaycan Respublikası Neft Emalı və Neft Kimya Sənayesi Nazirliyində böyük mühəndis,   şöbə rəisi vəzifəsində işləmiş, 1982-ci ildən həmkarlar ittifaqlarında rəhbər vəzifələrdə çalışmışdır.
1997-ci ildən «Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyasının sədridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkədə həmkarlar ittifaqının inkişafındakı xidmətlərinə görə «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görülmüş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalı ilə təltif edilmişdir.
Tofiq Quliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis və İcraiyyə Komitəsinin üzvü, Qida, Tütün Sənayesi, Kənd Təsərrüfatı və müvafiq sahə işçilərinin Beynəlxalq İttifaqının (IUF) seçkili orqanlarının üzvü və Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidentidir.
Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Tofiq Rəhman oğlu Quliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Evlidir, üç övladı var.
 

 

FAYDALI KEÇİDLƏR